Qocalmış gəncliyim

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 688
Səs ver:
(səs: 1)
Bir zamanlar məndə sizin kimi varlı idim, çünki məni sevən övladlarım, bir ailəm var idi. Sonra qocaldım və atıldım bir küncə. Nə sözüm eşidildi, nədə varlığım hiss olundu. Kiçicik bir küncdə yerim ayrıldı. Yenə də xoşbəxt idim, övladlarımın nəfəs aldığı bir evdə idim çünki. Mən bəzən qocalığımdan utanıram. Övladlarıma necə nankor deyim, onlara öz haqqımı necə halal etməyim axı mən anayam. Gecələr səhərə qədər gözümün nuru ilə bəslədiyim övladlarım hansı səhvimə görə məni cəzalandırırlar görəsən. Bəlkə hansısa səhvim olub bilmirəm. Qocalmışam, yaddaşımı itirmişəm, bəlkə də ona görədir atılmağımın səbəbi. Amma nə olsalar da onlar mənim canımın bir parçasıdılar. Göz yaşımı silənim olmasa da, içimdə mənim övlad sevgim var. Gecələri üşüdüyüm otaqda uşaqlıq şəkillərini bağrıma basaraq, öpərək isindim. Aclığımı onların tənəli sözləri ilə doydurdum. Axı mən anayam, onlara necə bəddua edə bilərəm ki? Bu gün əldən düşsəm belə bütün çətinliklərə dözərəm. Amma bir tək həsrətimi silə bilmirəm qəlbimdən. İndi bir qocalar evindəyəm. Nə gələnim var, nə də gedənim. Amma bilirəm bir gün gələcəklər. Oturduğum skamyalarda, baxdığım göy üzündə, hər yerdə onları görürəm sanki. Heçnə onların yerini əvəz etmir. Gecələr yuxularımda onların səsini, gülüşlərini görmək üçün Allaha dua edirəm. Bəzən ağlayaraq oyanıram yuxudan. Məni necə qoyub getdikləri heç gözümün önündən getmir. Amma mənsiz xoşbəxt ola biləcəklərsə mən uzaq dayanaram onlardan. Ana ürəyim yanır. Onlarsız... İçimi paramparça edən həsrət. Necə də bezdim səndən. Amma hələ ölmək istəmirəm. Son bir dəfə olsa belə övladlarımı doya-doya öpmək istəyirəm. Mən onları çox sevirəm. Onlar mənim ən dəyərli varlığımdır. Bilirəm ki, onlar da az da olsa məni sevirlər, axı mən anayam. Bir gün məni ziyarətə gəlsələr və mən artıq məzar daşına qovuşsam, ağlamasınlar. Onların üzülməsinə qıya bilmərəm. Onlar mənim düşmənim deyil, övladlarımdı. Nə olursa olsun mən onların anasıyam...
Bu yazını nankor övladların daşlaşmış hisslərinə həsr etmək istədim. Bir qoca ananın nə qədər əzab çəkdiyini, "övladlarım məni ziyarətə gəlmir" deyərkən onların yerinə utandığını, gözünü yerdən ayırmadığı zaman anladım. O zaman Ananın ahını alan övlada sadəcə yazığım gəldi.
Üzülmə anam. Uca Rəbbim səni İlahi sevgisi ilə cənnətdəki yerini ən gözəllərdən edəcəkdir İnşAllah. Sənin qəlbinin ucalığı, sənin ruhunu bəzəyəcək.
Sonda, analarının qədrini bilməyən nankor "övladlara” Allahdan ən ağır cəzanı arzu edirəm. Gün gələr sizin də qocalmış gəncliyiniz sizə həyatın ən ağır zərbəsini nəsib edər...!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri