Türkiydə ərindən boşanan və 2 övlad anası olan qadın oğlunun 15 yaşlı dostunu cinsi əlaqəyə vadar edib, həmin oğlandan hamilə qalıb, sonra abort edib, dini nikah kəsdirmək istəyib.Qadın indi müttəhimlər kürsüsündədir və onu 8 il həbs gözləyir.
"Habertürk"ə istinadən bildirir ki, bütün bunlar Türkiyənin Adana şəhərində yaşanıb.
Ərindən boşanmış 36 yaşlı Ü.B liseydə oxuyan oğlunun 15 yaşlı dostu M.O-nu zorla cinsi əlaqəyə vadar edib və hamilə qalıb.
İkicanlı olduğunu anlayan qadın biabır olmamaq üçün abort etdirib, daha sonra da dini nikahla ərə getməyə çalışıb.
Polisə verdiyi ifadəsində qadın deyib: "Oğlunun dostunun yetkinlik yaşına çatdığını, mənimlə evlənmək istədiyini düşünürdüm. Bilməzdim ki, onun vur-tut 15 yaşı var. Yatağıma gəldi, məni zorla cinsi əlaqəyə vadar etdi".
15 yaşlı M.O isə qadının onu cinsi əlaqəyə vadar etdiyini deyib.
Adananın Toros məhəlləsində yaşayan, 1997-ci ildə ərindən boşanmış qadının 15 və 18 yaşlı iki oğlu var.
M.O-nun dediyinə görə, dostunun anası 3 ay ərzində dəfələrlə onunla cinsi əlaqədə olub.