Bilmədiyim qoxunu ilk dəfə və ömürlük beynimə ürəyimə həkk etdim,əziz anam!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 361
Səs ver:
(səs: 0)
Yazdığım hər bir cümlə ,hər bir kəlimə, hər bir söz sənin yanında acizdir.Sənin sevgin kimə yetməz ki.
İlk dəfə özümə,sadəcə özümə güvənmək istədim,fürsətim də vardı.Oldumu.... ,olmadı.Daim sənə möhtac,daim sənə həsrət,daim səni istədim yanımda.Çünki sən bir günümdə deyil, hər günümdəsən.Hər gün,hər an mənimləsən.Məgər mənim beynimdəki də, ürəyimdəki də ən gözəl kəlimə,ən gözəl söz sənin adın imiş.Sevgimi utanmadan,çəkinmədən,heç amma heç əksiltmədən söyləyəcəyim yeganə insan.Heç bir sözlə anlatılmayan fədakarlıq,cəsarət,qurbanın ən gözəl tarifi sənin adındır.Əlimi tutduğunda,gözümə baxdığımda ilk qucağına aldığında demək ki,o an mən dünya deyilən varlığın nə olduğunu anlamışam,özümü anladığımda deyil.Bəlkə sənin haqqını ödəyə bilmərəm,bəlkə sənə olan sevgim belə haqqının yanında aciz qalar...Məni sadəcə mən olduğum üçün sevən,ən çətin anlarımda yanımda olan,xilaskarım olan, o böyük qəlbində ən gözəl yeri mənə ayıran sən mənim başımın tacısan.Sərhədsiz bir sevgiylə məni sevən və mən sevdiyim sənə,sənin sevginə layiq olmaq üçün yaşayıram.Kədərimi sevincimə dönüşdürən tək insan səni sevirəm,sizi sevirəm!

Ağac olsan,
Budaq olaram,
Yarpaq olaram
Sənə gələrəm

Dəniz olsan
Sel olaram,
Tufan olaram
Sənə gələrəm

Bağça olsan
Gül olaram
Torpaq olaram
Sənə gələrəm

Günəş olsan
Yol olaram,
Bayraq olaram,
Sənə gələrəm.

Yazdığım hər bir sətir təkcə öz anama deyil,bütün analara aiddir.Yaxşı ki, varsınız,utanmadan,çəkinmədən,tanımadan hər bir ananın əllərindən öpürəm!

 


 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri