Eynək haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 665
Səs ver:
(səs: 0)
Eynəklər üçün mövsüm yoxdur
Eynək taxan hər bir insana ilk növbədə bu sözlər deyilir: "Bu eynək sənə çox yaraşır”. Və yaxud : "Bu eynək sənə düşmür”.
Eynək üzün-gözün, hər bir dəbin əsas yaraşıq, gözəllik aksesuarlarından biridir.
Gəlin bir anlıq tarixə nəzər salaq. Eynək nə vaxt yaranıb?
Yer üzünə günəş çıxandan və insan günəşə boylanan gündən ilk eynək növləri yaranıb. Bunlar şüşə qırıntıları, şəffaf yarpaqlar, xüsusi hazırlanmış nazik saxsı parçaları olub.
Dəb aləmində isə, ilk eynəklər XIX-cu əsrin əvvəllərində Amerikada icad olunub. XX-ci əsrdə ən dəbdə olan Amerika eynəkləri məşhur Amerika sənətçisi Maknamaranın adı ilə bağlıdır. Yəqin ki, dəblə ayaqlaşan insanlar Maknamara eynəklərini xatırlayırlar. Bu eynəklər güzgülü, bərq vuran şüşələri ilə seçilirdi. Belə eynəklərin qiyməti bir dəst kostyumla bərabər idi. Şəhərdə Maknamara eynəyi taxan insanı barmaqla göstərərdilər. Onlar özlərindən çox belə eynəkləri qoruyardılar. Əvvəllər belə eynəklər tibbi xarakter daşıyırdısa, sonralar dəb üçün, gözəllik və yaraşıq üçün istifadə olunmağa başladı. İlk qədim eynəklər günəş kimi, gözlər kimi girdə, dairəvi formada idi. Sonralar isə, eynəklərin müxtəlif formaları peyda oldu.
Bu gün hansı formalı eynəklər dəbdədir.
Rəngləri: qara, qəhvəyi, çəhrayı, mavi, bənövşəyi.
Formaları: girdə, kvadrat, düzbucaqlı, dairəvi, "kəpənəkli”.
Girdə sifət xanımlara kvadrat eynəklər yaraşır. İncə uzunsov sifətlərə isə, girdə-dairəvi eynəklər daha çox gedir.
Eynəklər əsasən yay mövsümündə daha çox yada düşür. Lakin digər mövsümlərdə də onlardan istifadə olunur.
Əsas odur ki, hər bir eynək sizə xüsusi gözəllik və eleqantlıq gətirsin.
Çalışın, sizə yaraşan eynəklərdən istifadə edəsiniz. Hansı formalı, hansı rəngli eynək taxsanız da, həmişə öz simanızı saxlamağa çalisin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 8 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri