Diqqətli olun xanımlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 637
Səs ver:
(səs: 1)
30-dan artıq tanınmış şirkətin istehsal etdiyi dodaq boyalarının tərkibi araşdırılarkən məlum olub ki, qadınların sevə-sevə istifadə etdikləri "pomada"-ların tərkibində bir sıra ağır metallar var. Rusiya mətbuatının verdiyi xəbərə görə, amerikalı tədqiqatçılar dodaq boyalarının tərkibində yüksək dozada kadimium, xrom, qurğuşun və alüminium aşkar ediblər.

Kaliforniya Universitetinin mütəxəssisləri bildiriblər ki, gün ərzində iki-üç dəfə dodaq boyasından istifadə edənlərdə mədə xərçənginin yaranma riski çoxdur. Çünki bu zaman onların dərisinə xeyli miqdarda xrom hopur.

Dodaqlarını acgözlüklə boyayanlar isə tədricən zəhərlənirlər. Buna görə mütəxəssislər dodaq boyalarından mümkün qədər az istifadə etməyi məsləhət görürlər.
Qeyd edək ki, ABŞ-da kosmetik məmulatların istehsalı ilə bağlı standartlar yoxdur, amma Avropa Birliyi dodaq boyalarına zərərli maddələrin qatılması qəti olaraq qadağan edir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri