Hər ağacın bir meyvəsi vardır. Sevginin meyvəsi də uşaqdır. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaqlarınızı çox öpün, hər öpüşdə Cənnətdəki dərəcəniz yüksəlir. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaq sevgisi, Cəhənnəm atəşinə qarşı pərdədir. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaqlara yaxşılıq etmək, Siratı keçməyə səbəbdir.Onlarla bərabər yeyib içmək, Cəhənnəmdən qurtuluşdur. Məhəmməd peyğəmbər(s.ə.s)
Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girər. Məhəmməd peyğəmbər(s.ə.s)
Övladınıza qulluq edin,necə ki, ana-atanızın sizdə haqqı varsa, övladınızın da sizdə haqqı vardır. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaqsız bir evin bərəkəti olmaz. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaqlarınıza yaxşı baxın!Onları gözəl tərbiyə edin. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşağı gözəl tərbiyə etmək və ona gözəl bir ad qoymaq, övladın ata üzərindəki haqlarındandır. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaq qoxusu, cənnət qoxularındandır. Məhəmməd peyğəmbər(s.ə.s)
Uşaq, cənnət nemətlərindən biridir. Məhəmməd peyğəmbər(s.ə.s)
Övladlarınızı öz dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. Hz.Әli (ə)
Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. Nəsrəddin Tusi
Әgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. Jan Jak Russo
Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Jozef Jobert
Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq
eyni şeydir. Analogiyanı təkrarlasaq belə çıxır ki, pianoya sahib
olmaqla pianoçu olmaq eyni şeydir. Harris