Əsgər məktubu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 685
Səs ver:
(səs: 5)
,,Əsgər məktubu,,
Salam, Əsgər. Necəsən? Halin necədi? Yeməyin dadlidirmi? Geyimin istidirmi? Bilirsən niyə "Əsgər”i böyük hərflə yazdım? Çünki o ad ele qururla səslənir ki, adamin tükləri biz-biz durur.
Xalam uşaqlari Əsgərliyə gedib-qayitdiqdan sonra bizə orada baş verən hadisələrdən danişirdilar. Hətta başlarina bəzən elə şeylər gəlib ki, onlari dinləyəndə həyəcanimdan əsirdim.
Mənim cəmi bir dayioğlum var. Ona isə Əsgər demək olmaz. Düzdü, əsgərliyini çəkib qurtarib, amma danişmaga bir sözü yoxdu. Bilirsənmi niyə? Yediyi dönərin növündənmi danişsin? (dayim və dayidostum hər gün ona ev yeməkləri, ya da hazir dönərlər aparirdilar). Mən isə istəmirəm sən belə Əsgər olasan.
Əsgər! Bilirsənmi Vətənin neçə faizi işğaldadi? Zənimcə, deyəcəksən 20% -i. Yox, Əsgər, 80%-i, bəlkə, ondan da cox .
Mən arabir dərs oxumaqdan yoruluram. Dərslərimiz çətinləşdiyi üçün çox zəhmət tələb edir. Amma gözümün önünə siz gələndə mənə oxumaq həvəsi gəlir. Buna görə sizə təşəkkür edirəm...
Üzüntülüdü. Həqiqətdi. Torpaqlar əldən getdi! Kim qaytardi Cənubi Azərbaycani?! Kim qaytaracaq Qarabagi?!
Bizim məktəbdə həmişə "Vətən dərsi” adli silsilə tədbirlər keçirilir. Növbəti tədbirimizdəki səhnəciklərin birində mən Əsgər bacisi rolunu oynaycagam . İstəyirəm sənə həmin rolda söyləyəcəyim şeirin sonuncu misrasini yazim: "Qana qan istəyir, qardaş, Qarabag!”
Ata-anan səni, yəqin, mərd, qürurlu bir övlad kimi böyüdüb. Onlarin əllərindən, sənin isə üzündən öpürəm.
Darixmirsan ki, Əsgər? Darixma, igid, ora darixilasi yer deyil. Deyəsən, çox yazdim, bu məktubu yazmaqla bitməz. Onda gəl sağ.

Sənə məktub yazmaq mənim üçün şərəfdir
Eşq olsun Azərbaycan Əsgərinə!!!...

P.S - Unutmayaqki əsgər gecələr biz rahat yerimizdə isti yorğan altında rahat yatırıqsa, ürəyimiz istədiyimiz kimi həyatda hərəkət ediriksə bu məhz səngərdə, posta soyuq, isti demədən silah əlində keşik çəkən
"Əsgərlərimizin , zabitlərimizin sayəsindədir. Yoxsa özünü" yaxşı oğlan,, deyib gəzməklə deyil.
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 8 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri