Susmaq gərək bəzən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 14 970
Səs ver:
(səs: 2)
Susarsan bəzən... Çünki sussan canının yanmadığını düşünərsən,amma susduqca daha çox yandırarsan. Düşünərsən,düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar,nə də ki soyuq sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan...

Susarsan bəzən... Çünki ağlamaq,ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan çooox axtararsan amma nəyi tapdığını nəyi itirdiyini bilə bilmərsən...

Susarsan bəzən...Çünki,nə var nə yoxsa danışmaq istəmərsən. İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir ah düşər içinə... Böyüyər böyüyər böyüyər... Böyüdükcə sən min parçaya bölünərsən bəlkə. Amma susarsan. Yenə susarsan.

Susarsan bəzən...Çünki min cümlə düşər içinə min dərd düzülər ürəyinə... Min dərd bir səs etməz. Susarsan yenə... Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi "heç" olmuş kimi... Susarsan...

Susarsan bəzən...Çünki boşluq buraxmaq istəyərsən. Canın nə qədər yansada ifadə edə bilmərsən sən onun ürəyində kilidli qalarsan,oda sənin mənliyində. Min kəlimə olsada bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heçnə bölə bilməz...Susarsan...

Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər bəlkə də izah edə bilmərsən. Qaçarsan insanlardan amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkəndə,açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heçnə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan...

Susarsan bəzən...Çünki Səni nə qədər incitsədə bağışlayarsan,həmişə keçməyə çalışarsan,o xoşbəxt olsun deyə həmişə gülərsən amma içində qan ağlayarsan...
Onun səhvlərini görməməzlikdən gələrsən,nə qədər acı versə belə yenədə imtina edə bilmərsən... İncitməkdən qorxarsan,istəmərsən canı yansın... Kömür kimi közərsəndə sönərsən. Susarsan...

Yanarsan bəlkə....
Gizlənərsən, gizləyərsən içində açılan yaranı hər kəsdən.
"Sənə acı verən isə" verdiyi acını belə sevərsən
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 14 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri