Məntiqi suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 830
Səs ver:
(səs: 6)
1. Bir oğlan, ekskluziv bir kluba girmək istəyir, amma parolu bilmir. O qapının yanında gözləyir və gəlib-gedənləri müşahidə eləməyə başlayır. Bir az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir «16». Klubun üzvü «6» deyir və içəri buraxılır. Bir az sonra klubun daha bir üzvü qapıya yaxınlaşır və qapıçı «15» deyir. Klubun üzvü «5» deyərək cavab verir və içəri buraxılır. Az sonra daha biri də gəlir qapıçı «17» dedikdə klub üzvü «7» deyir və o da içəri buraxılır. Bütün bunları nəzərden kecirən oğlan: «hər şeyi anladım» deyir və qapıya yaxınlaşır. Qapıçı «13» deyərək oğlana mürəciət edir. oğlan isə cavabında «3» deyir. Lakin oğlani içəri buraxmırlar. Sizcə, qapıçı «13» deyəndə, oğlan hansı cavabı verməli idi?

2. Bir ağacın üstündə 5 quş var Ovçu 2 quşu vurdu Neçə quş qaldı?

3. Nə qədər yağış yağarsa yağsın heç islanmayan şey nədir?
 
4. Azərbaycan dilində ən çox səhv yazılan söz hansıdır?

5. Heç sual verməyən amma həmisə cavab gözləyən nədir?

6. Həyat və olüm arasındakı nədir?

7. 1 saatda 2dəfə amma 1 saniyədə 1 dəfə olan nədir?

8. Hansı halda biz 2 rəqəminə baxanda 10 deyirik?

9. O nədir ki gecə və gündüz onunla başlayır?

10. 2+2+2=244 bir isarə dəyişməklə doğru cavabı alın

11. Bütün gün boyu eyni sualı verib ancaq fərqli cavab aldığımız sual hansıdır?
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 10 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri