Dovşanlar adası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 347
Səs ver:
(səs: 0)
Okunosima - Xirosima və Shikoku arasında Yapon Daxili dənizində kiçik bir ada. Uzun illər ili bu ada bütün xəritə və atlaslarda göstərilməmişdir. Səbəbi: adada uşaqların belə çalışdığı zəhərli qaz çıxarılan gizli bir fabrikin olması idi. 1929-cu ildə qurulmuş və 1944-cü ilə qədər 6600 ton zəhərli qaz çıxarılmışdır. Bundan 4 il əvvəl (yəni 1925-ci ildə ) o zamanın imperatoru boğucu, zəhərləyici və buna bənzər qazların və bakterioloji vasitələrin döyüşdə istifadəsinin qadağan edilməsi ilə əlaqəli Cenevrə protokolunu imzalayır. Lakin protokolda belə bir açıqlama vardır: kimyəvi silahların inkişaf etdirilməsi, çıxarılması və anbarlanması ilə əlaqəli bir qadağan yoxdur. Beləcə Yaponlar bu adada fosgen və hidrosiyanik turşu çıxarmağa başlayırlar.
Adada gedən proseslər o qədər gizli aparılır ki, ada xəritələrdən yox olur, gəmilərin marşrutları dəyişdirilir, adanın görülə bildiyi yerdən keçən qatarların pəncərələri bağlanır. İlk əvvəl fabrikdə çalışanlar, ümumiyyətlə, kimya və fizika məlumatlı, yüksək ixtisaslı gənc insanlardan olduğu halda, ikinci dünya müharibəsinin sonlarına yaxınlaşarkən personal daha da yüksəlir. İşə yüzlərlə şagird alınır, burda hətta 10 yaşından kiçiklərə belə rast gəlmək olardı. Bu uşaqlar məcburi işə məhkum edilmiş insanlarla birlikdə çalışırmışlar. Təbii bunların " iş yoldaşları" arasında yüksək maaşlara aldanıb 1930-cu illərdə bura köç etmiş yetkin Yaponlar da vardı.
Fabrikdəki iş şərtləri insanlıq xaricində idi: 40 dərəcəni aşan temperatur, insanın başını gicəlləndirən nəmişlik, qoruma geyimləri geyilməsini baxmayaraq kimyəvi maddələrin insanların bədənlərindəki qalıcı təsiri. Bu vaxt adada həkim təbii ki, yox idi. Sirrin ortaya çıxmaması üçün də ada xaricində müalicə qadağan idi.
Yuxarıda bəhs etdiyim kimi 15 ildə 6 min tondan çox kimyəvi silah çıxarılmışdır bu fabrikdə. 1937 və 1944-cü illəri arasında da 80 minə yaxın çinli bu fabrikdən çıxan kimyəvilərlə qətlə yetirilmişdir. Bunların çoxu işğal bölgələrindən toplanan siyasi məhkumlar və günahkarlar idi.
İkinci Dünya Müharibəsindən sonra qalan kimyəvi maddələr yandırıldı, basdırıldı və ya dənizə atıldı. Yəni bir şəkildə yox edildi. Fabrik sahəsindəki çoxu bina havaya uçuruldu, qalanlar isə sursat anbarlarına çevrildi.
Bu qədər neqativ hadisələri oxuyub bildikdən sonra, gələk son günlərdə hamının diqqətində olan dovşan adasına...
Artıq adada çıxarılan kimyəvi silahları xatırladan bir şey qalmamışdır. Təbii hələ adanın təhlükəli olduğunu düşünənlər var. Ada dovşan adasına çevrilmişdir. Burada bir çox dovşan var və ildə 100 mini aşan turist namizədi adanı (və ya dovşanlarımı desək?! ) ziyarət edir. Dovşanların necə çoxaldığı müəmmadır. Bir iddiaya görə döyüşdən sonra amerikalı işğalçılar tərəfindən öldürülən dovşanlardan 10-a yaxını xilas olmuş və adada dovşanların hər hansı bir təbii düşməni olmadığı üçün çoxalmışlar. Bir başqa iddiaya görə isə Yaponiya hökuməti adadakı qazın canlı həyata təsirini sınaqdan keçirmək üçün buraya bir neçə cüt dovşan buraxıb. İndisə onların adadakı sayı minlərlədir. Məhz buna görə də Okunosima adasına "Dovşan adası” da deyirlər. Hər il yüzlərlərlə turist adadakı dovşanları görmək üçün bura axışır. Gəlin bu maraqlı və sirli adadan çəklmiş fotoları birlikdə izləyək.

 

 

 

 

 

 

 
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri