Qonşularla bağlı Atalar sözləri

Müəllif: Menim balam
Şərhlər: 10
Baxılıb: 35 979
Səs ver:
(səs: 11)
Qonşu xatiri: Qonşular arasında olan hörmət, sevgi. 

Qonşu qapısı: Bir yaxın sayılan yer. 

Qonşudan oğurlanan mal fayda verməz. 
 
Qonşu çörəyi qonşuya borcdur.

Qonşu haqqı, Allah haqqıdır.
 
Qonşu iti qonşuya hürməz, bir qonşunun bəzi pis vərdişləri olsa da, qonşusuna zərər verməz. 

Qonşu qızı almaq, daş qabdan su içmək kimidir.

Qonşu qonşunun külünə möhtacdır. 

Qonşuda bişər, bizə də düşər. 

Qonşunun toyuğu qonşuya qaz kimi görünər. 

Qonşu çörəyi qonşuya borcdur. 

Gülmə qonşuna, gələr başına. 

Ev alma, qonşu al. 

Xeyirli qonşu (dost), xeyirsiz qohumdan yaxşıdır (xeyirlidir). 

Pis (xeyirsiz) qonşu insanı (adamı) hacət (mal) sahibi edər. 

Yaman qonşu, yaman arvad, yaman at; birindən köç, birini boşa, birini sat.

Xeyir dilə qonşuna, xeyir gələr başına.

Allaha və axirət gününə inanan qonşusunu narahat etməsin. 
(səs: 11)
Şərhlər: 10
Baxılıb: 35 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri