Təkərlər sürücüyə təhlükə barədə xəbər verəcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 094
Səs ver:
(səs: 0)
Tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bütün avtomobil şinləri elektron pasportlarla təmin olunacaq. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

"Ağıllı təkərlər" mobil qurğu vasitəsilə maşın sahiblərinə təhlükə barədə məlumat verəcək. Чüsusi rəqəmsal çipi olmayan təkərlər artıq gələn ilin əvvəlindən qanundankənar hesab ediləcək və ölkə ərazisində istifadəsi qadağan olunacaq. Əmirliklərin Standartlaşdırma Xidmətinin nümayəndəsi mühəndis Casem əl-Əli qəzetə bildirib: "Əsas məsələ BƏƏ-də havanın həddindən artıq isti olmasındadır. Adi təkərlər yüksək temperatura davam gətirmir, sıradan çıxır, eləcə də istismar prosesində partlayır. Tərəfimizdən belə təkərlərin səbəb olduqları çoxsaylı bədbəxt hadisə qeydə alınıb".

Elektron pasport təkərlərin hər birində yerləşdirilməlidir. Onlar buraxılış tarixi, texniki xüsusiyyətlər haqqında tam məlumata malik olacaq. Bu məlumatı alıcının mobil telefonu vasitəsilə oxumaq mümkün olacaq. "Ağıllı təkərlər" maşın sahibini təkərlərin dəyişdirilməsi və deformasiya təhlükəsi barədə də xəbərdar edəcək. Xidmətdən qəzetə verilən məlumata görə, artıq gələn ildən polis müfəttişləri belə rəqəmsal pasportların mövcudluğunu yoxlayacaq və ola bilsin ki, qeyri-leqal şinləri müsadirə edəcəklər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri