Komputer istifadəçiləri üçün vacib məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 951
Səs ver:
(səs: 2)
1. Uşağınızın internet əlaqələrini nəzarətdə saxlayın. Parol təyin edərək uşağınızın yalnız sizin nəzarətinizdə ola biləcəyi saatlarda internetə girməsinə icazə verin. Kompyuter istifadəsi ilə əlaqədar qəti qaydalar qoyun.

2. Uşaqlarınızı internet gizliliyinin əhəmiyyəti haqqında məlumatlandırın. İnternetdə və ictimai şəbəkələrdə heç vaxt fərdi məlumatlarını paylaşmamaları üçün onlara yaxşıca başa salın.

3. Veb kameranızı idarə altında saxlayın, təcavüzkarlar tərəfindən pis məqsədlərlə istifadə edilə bilər. İstifadə etmədiyiniz vaxtlarda kameranı bağlayın. Uşaqların kameranı yalnız sizin nəzarətinizdə və yoldaşları ya da ailə üzvləri ilə danışarkən istifadə etməməsinə icazə verin.4. Uşaqların kompyuterinə aktual bir antivirus və təhlükəsizlik proqramı yazmaq, indiki vaxtda vacib şərtlərdəndir. Bununla da internetdə olarkən övladlarınız əxlaqsız, lazımsız və s bu tip veb saytlara daxil ola bilməyəcək.

5. İnternet skanerinizin keçmişini araşdırın. Keçmiş silinibsə uşağınızla söhbət edib, aydınlaşdırın.

6. "Facebook"da uşağınız və ya siz profilinizi, xəbər qaynağınızı "Hər kəs" ya da "Dostlarımın Dostları" ilə paylaşırsınızsa, onda uduzmusunuz. İstifadəçilərdən biri diqqətsiz şəkildə zərərli Facebook tətbiqi işlətdiyi vaxtda fərdi məlumatlarınız bütün dünyaya yayıla bilər.

7. İnternetdə paylaşılan heç bir məlumat itmir. Bir fotoşəkili sildiyinizdə hətta bütün hesabınızı bağladığınızda bütün veriniziotomatik olaraq sildiyinizi zənn etməyin. Şəkillər və ya fərdi məlumatlar çoxdan başqa birinin kompyuterinə yazılmış ola bilər. Uşaqlar və ailələr, hansı şəkil və məlumatların internetə qoyulacağını yaxşıca düşünməlidir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri