Üz cizgiləriniz hansı xəstəlikdən xəbər verir

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 3 678
Səs ver:
(səs: 6)
İnsanın üzündən onun xasiyyətini öyrənmək mümkün olduğu kimi, sən demə daxili aləmi, gələcəyi və xəstəliklərini də öyrənmək mümkündür. Bu mənada üzü kimliyimizin xəritəsi adlandırmaq olar.

Dolayısı ilə insanın üzünə baxanda, xəstəlikdən əziyyət çəkdiyimizi müəyyən edə bilərik.

Alın bağırsaqların göstəricisidir. Aşağı hissə -nazik bağırsaq, yuxarı hissə - qalın bağırsağın vəziyyətini bildirir. Alnınızda yaranan xoşagəlməz civzələr bağırsaqlarda yaranan problemin göstərir.

Gicgah öd kisəsinə cavabdehdir. Öd kisəsi pozulanda gicgahda qızartı və sızanaqlar yaranır, gicgahda ağrılar olur.

Yanaqlar ağciyər xəstəliklərinin əlamətidir. Sağ yanaq sağ ciyərə, sol yanaq sol ciyərə aiddir.

Burun pərləri tənəffüs sistemi və bronxlara aiddir. Üzdə qəhvəyi rəngli piqment ləkələrin əmələ gəlməsi qaraciyər xəstəliklərindən xəbər verir. Göyümtül- ağarmış sifət - anemiya, ağciyər soyuqdəyməsinin əlamətidir. Saralmış üz - qaraciyər funksiyasınin pozulmasını göstərir.

Çənə və buxaq cinsi orqanların göstəricisidir.

Dil isə bədənin güzgüsüdür. İndi isə başa bəla olan dildən danışaq.

Sağlam dil açıq çəhrayı rəngdə, ərpsiz, ortasındakı xətt aydın, üzəri çapıqsız, yarıqsız olur.

Əgər insan ağzında şirin, acı, turş, soyuq və istini hiss etmirsə, bu, onun əsəb və endokrin sisteminin fəsadlarından xəbər verir. Güzgüdə dilinə baxarkən o yerində durmursa , əsirsə, bu, əsəb gərginliyindən, orqanizmin şlaklarla zəhərlənməsindən və alkoqola aludəçilkdən xəbər verir. Dilin kənarlarında dişlərin izi qalıbsa deməli, həzm prosesi düzgün getmir.

Dilin böyüməsi akromeqaliya - hipofizin həddən artıq ifrazı, mədəaltı vəzin zəifləməsi və Daun xəstəliyindən xəbər verir.

Dildə ərpin azalması, tez-tez yemək, pis həzm prosesi zamanı baş verir.

Dildə sarı rəngli ərpin əmələ gəlməsi isə mədə-bağırsaq infeksiyalarına, dizenteriyaya işarədir.

Dildə yaralar vərəm, sifilis, xərçəng zamanı əmələ gəlir.

Dilin al-qırmızı rəngi vitamin çatışmazlığı və ya ürək xəstəliklərinin, moruğu rəng dil PP vitamini çatışmazlığı, göyümtül rəngə çalan dil - qan və ağciyər xəstəlikləri, parıltılı, hamar dil – anemiya, qan azlığının əlamətidir.

Dilin ucunun qızarması - ürək xəstəliyinin, dilin sarılığı qaraciyər xolesistitinin göstəricisidir.

Üz dərisi həddən artıq hamar, parıltılıdırsa, bu, revmatizm, podaqra, böyrək çatışmazlığına işarə verə bilər.

Alın nahiyəsinin ağarması - aşağı təzyiq, yanaq və göz altında qırmızı kapilyar torlar isə yüksək təzyiqi göstərir.

Sifətin şişməsi - xəstə ürək əlamətidir.

Gənc yaşından qırışmış dəri - endokrin sistem pozğunluğuna işarədir.

Qaşlar arasında dərin qırışlar insanın uşaqlıqdan hansısa xroniki xəstəlikdən əziyyət çəkdiyini göstərir.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri