Mavi gözlülərin genetik atası eyni olub

Müəllif: Miss_Oxatan
Şərhlər: 8
Baxılıb: 6 155
Səs ver:
(səs: 4)
Araşdırmaların nəticələrinə görə, ilk mavi gözlü adamlar mutasiya nəticəsində təxminən 6-10 min il əvvəl doğulub. Kopenhagen Universitetindən Hans Eyberqin sözlərinə görə, əvvəllər bütün insanların gözləri qəhvəyi rəngdə olub. "

Saç, bədən və gözlərimizin rəngini OCA2 adlı gendən törəyən melanin təyin edir. Mutasiya prosesləri bu genə təsis edərək, gözlərimizin yalnız qəhvəyi rəngdə olmasını əngəlləyib"- deyə o bildirib. Eyberq öz elmi qrupuyla OCA2 adlı genin izlərini araşdırıb. İordaniya, Danimarka və Türkiyədə apardıqları araşdırmalar zamanı alimlər belə nəticəyə gəliblər ki, mutasiyaya səbəb olan amil qadınlardan qaynaqlanır.

"Danimarkadan İordaniyaya qədər araşdırdığımız insanların hamısında eyni genetik dəyişmə xüsusiyyətləri aşkarlandı. Onların hamısında mutasiyanın səbəbləri eyni idi. 800-dən çox adam üzərində apardığımız araşdırmalarda yalnız bir adam nəticələrimizə uyğun gəlmirdi, çünki mavi gözlərinin içində qəhvəyi rəngdə bir nöqtə vardı. Araşdırmaların sonucu sübut edir ki, bütün mavigözlü adamların genetik atası bir nəfərdir."

Mavigözlülərin bütün dünyaya məhz Avropadan yayıldığını iddia edən araşdırmaçılar daha sonra maraqlı sualla çıxış ediblər: "Görəsən cəmi 10 min il əvvəl dünyada kimsənin gözləri mavi deyilkən, indi az qala Avropanın 40 faizi necə mavi gözlü oldu?"
Alimlər bu suala elə özləri də cavab veriblər:

"Bu gen insanlığa xeyirlidir. Çünki bu gen öz daşıyıcılarına daha çox uşaq sahibi olmağa imkan verir."
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 6 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri