Yeniyetməlik yaşının xüsusiyyətləri

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 9 726
Səs ver:
(səs: 4)
Yeniyetməlik yaşı 11-14 yaşına kimi olan dövrü əhatə edir.Bu yaş dövrünə çox vaxt böhran dövrü,yaxud ikinci doğulma dövrü də deyirlər.Birinci dəfə canlı varlıq,ikinci dəfə vətəndaş ,artıq təkcə ətraf aləmi deyil ,həm də öz-özünü görən,fəal ,düşünən ,fəaliyyət göstərən şəxsiyyət doğulur.Yeniyetməlik dövründə anatomik-fizioloji inkişafda sıçrayış müşahidə olunur.Sümüklə çox tez böyüyür və əzələ toxuması skletin inkişafına çata bilmir.bu səbəbdən 13-14 yaşda olan oğlanların xarici görkəmi kəskin şəkildə dəyişir,qolları və ayaqları gövdəyə görə çox inkişaf etmiş olur.
Yeniyetməlik yaş dövrünün fiziki xüsusiyyətlərindən biri də yeniyetmənin boyunun sürətlə artması,əzələlərinin güclənməsi ,əsəb sisteminin sürətlə təkmilləşməsidir.Yeniyetməlik dövrünün səciyyələndirən bir cəhət də cinsi yetişkənlik dövrünün başlamasıdır.bu illərdə yeniyetmə özünə,xüsusilə,diqqət yetirir,onun özündən narazılığının ,əsəbiliyinin ,acıqlanmasının səbəbi aydın olmur.Özündə nə baş verdiyindən həyəcanlanır,lakin bunun nə olduğunu başa düşmür,öz əhvalı haqqında danışmağa utanır,xoçagəlməz hərəkətlərdən qurtulmağa çalışır.

Dərin fizioloji proseslər yeniyetmənin sinir sistemini də əhatə edir.Baş beyin yarımkürələrinin qabığında ciddi dəyişikliklər baş verir.Yeniyetmə mücərrəd təfəkkürə keçir.Təfəkkürün çox mühüm xüsusiyyəti meydana çıxır.
Yeniyetməlik yaşında insanın mənəvi həyatında çox ciddi dəyişikliklər baş verir ki,onun idrakının ,əqli əməyinin ,davranışının ,yoldaşları ilə qarşılıqlı münasibətlərinin ,emosional,estetik  və əxlaqi inkişafının əsasları formalaşır.Bu bir həqiqətdir ki,heç bir insan xasiyyətini təbiət cilalamır,təbiət yalnız əsası qoyur,cilalamaq isə valideyinlərin ,müəllimlərin ,ictimaiyyətin borcudur.
Yeniyetmə özünə qarşı laqeydliyi ,ədalətsizliyi görəndə onun qəlbi sərtləşir,şəxsi ləyaqət hissi kütləşir.Qəddarlıq gənc qəlbi kobudlaşdırmaqla yanaşı,həm də sinir sistemində əks olunur.Yeniyetmə bütün dünyaya qarşı qəddar olur.Böyük söz ustası L.Tolstoy bu dövrünü səhra adlanırırdı.Çünki bu yaş dövrünün özünün təlaşları var.Yeniyetmələrdə ilk məhəbbət hissi baş qaldırı.Oğlanla qız,kişi ilə qadın arasındakı münasibətlərdə nəciblik,paklıq axtarırlar.İnsanı duymaq ,onu başa düşmək hissi oyanır.Onlar incə qarşılıqlı insani münasibətlər aləminə daxil olurlar.
Yeniyetməlik dövründə insan öz inkişafının heç bir başqa dövründə olmadığı kimi çox zəngin daxili həyatla yaşayır,mənəviyyatın bu həyatı sağlamlıqda ,fikirlərdə əks olunur..Beləliklə ,yeniyetmə təkcə təbiət hadisələrinin  və qanunauyğunlluqlarının tədqiqatşısı olmayıb,həm də əxlaqi həqiqətlərin ,insanın tədqiqatçısıdr.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 9 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri