Niyə məhz 32 ədəd diş, heç düşündünüzmü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 185
Səs ver:
(səs: 1)
Planetimizdə canlı varlıqların əksəriyyətində dişlər var. Canlıların dişlərinin forması onların otyeyən, ətyeyən, yırtıcı və ya qeyri-yırtıcı olmalarından, həmiçinin həyat tərzindən aslı olaraq dəyişirlər və bu da onların yedikləri qidaya maksimum uyğunlaşmasını təmin edir.
Amma mənşəcə bütün canlıların dişlərinin təkamülü eynidir. Qəribə də səslənsə bizim dişlərimiz təkamülə uğramış balıq pulcuqlarından əmələ gəlmişdir.
Yüz milyon il əvvəl qədim balıqlar qidanı tutmaq və parçalamaq üçün çənə nahiyyəsində yerləşən bərk pulcuqlardan istifadə etmişdir. Daha sonra bu pulcuqlar daha dəyərli dişlərə dəyişildi. Bununla da balıq pulcuqları ilə dişlər arasında əlaqə olduğu güman olunur.
Dişin quruluşunu üç hissə ayırır: kök, boyunu və diş tacı.
Körpə uşaqlar adətən dişsiz doğulur, hərçənd onların dişlərinin rudimentləri rüşeym dövrünün birinci rübündən başlayır. Artıq doğulduqdan 5-6 ay sonra onlarda dişlər yarmağa başlayır və 2 yaşında sağlam uşağın artıq 20 ədəd süd dişləri olur.
Amma süd dişlərinin altında artıq onların daimi dişlərlə əvəz olunmasına hazırlıqlar gedir. Bunların tam bir-birini əvəz edib başa çatması 6-12 yaş arasında olur. Bundan başqa, 25 yaşdan sonra böyüklərin hər iki alt və üst çənələrində üç köklü ağıl dişləri inkişaf etməyə başlayır. Beləliklə böyüklər tam olaraq 32 dişə sahib olmuş olurlar.
İnsan rasionunun xüsusiyyətlərindən biri də  herşeyi yeməkdir. Buna uyğun olaraq da dişləri öz quruluşlarına uyğun olaraq bir neçə hissəyə bölmək olar:
kəsici dişlər (qabaq dişlər), köpək dişlər, kiçik azı dişləri və böyük azı dişləri.
Bu 4 tip dişlər hər biri də öz forma və təyinatlarına görə bir-birindən fərqlənirlər.
 
Belə ki, kəsici dişlər qidanı kəsmək və ya bölmək üçün, köpək dişləri parçalamaq və ya qırmaq üçün, kiçik azı dişləri xırdalama üçün, böyük azı dişləri isə qidanı daha da narın hala gətirmək üçün nəzərdə tutulub.
Beləliklə göründüyü kimi bizim dişlərimiz təkamül posesində bir çox dəyişikliklərə məruz qalmışdır və bəlkə də bizim ibtidai əcdadlarımızda dişlər tam başqa forma və düzümlərlə sıralanmışdır və ya, bəlkə də onlar heç olmayıblar.
 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri