Onu bağışlamaq olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 673
Səs ver:
(səs: 6)
Hər bir insanın tərbiyəsindən, şəxsi keyfiyyətlərindən asılı olaraq dünyaya baxışı formalaşır.

İnsanlar arasında münaqişələr, incikliklər yaranır. İnsan kimdənsə inciyir və daxilində qəzəb hissi oyanır. İnciklik – gizlədilmiş qəzəb deməkdir.

Hər birimiz nə vaxtsa kiminsə tərəfindən incidilmişik, pis rəftara məruz qalmışıq. Hər birimiz də kiminsə xətrinə dəymişik, hansısa xoşagəlməz söz və ya hərəkət ilə kimisə narahat etmişik, qəzəbləndirmişik. Elə olub ki , kiminləsə istəmədən pis rəftar edirik və sonra vicdan əzabı çəkirik. Düzdür, bu hissləri hər kəsə aid etmək olmaz.

Adətən qəlbimizi yaxın, dəyər verdiyimiz insanlar yaralayır. Yaxın adam xətrimizə dəyəndə, sanki dünyamız məhv olur. Özümüzə söz veririk ki, onu heç vaxt bağışlamarıq.

Lakin nəzərə almalıyıq ki, bağışlamaq bacarığı çox vacıbdir. Bağışlamağı bacaran insan gözəl, təmiz daxili aləmə malikdir.

Əlbəttə bağışlamaq çox çətindir. Hər birimiz bilirik ki, bu ağır bir yükdür. Həqiqətən, mənfi fikirlər insanın əhval-ruhiyyəsinə təsir göstərir, ürəyimizdə qalan incikliklər bir çox problemlər yaradır. Başqa insanlarla ünsiyyətdən, ailədən, işdən yayındırır. Biz qəzəbin tələsinə düşürük. Həmin anlarda ətrafımızdakı heç bir günahı olmayan yaxınlarla belə aqressiv, kobud davranırıq. Bu hissdən elə də asanlıqla azad ola bilmirik. Lakin təcrübələr göstərir ki, bu hissdən xilas olmaq insanın sağlamlığına və ümumiyyətlə, həyatına müsbət təsir göstərir.

Bağışlamağı bacarmayan insan mənfi emosiyalarla dolu olur. Nəticədə insan hər cür xəstəliklərlə üzləşir. Xəstəliklərin yaranmasına stress səbəb olur. İnsanın beyni stress hormonları olan kortizol və adrenalini artıq dozada yaratmaq üçün endokrin sisteminə siqnal göndərir. Bunun nəticəsində əzələ gərginliyi yaranır və qan təzyiqi artır. Ürək döyüntülərinə və ümumiyyətlə, immun sisteminin zəifləməsinə səbəb olur.

Bağışlamağı necə öyrənək? İlk növbədə incikliyin, narazılığın səbəbini aydınlaşdırmaq lazımdır. Elə olur ki, insan özü üçün araşdıranda incikliyin səbəbinin o qədər də mühüm olmadığını anlayır.

"Onu heç vaxt bağışlamaram” deməkdən öncə özünüzü həmin adamın yerinə qoyun və onu anlamağa cəhd göstərin. Qeyd etdiyim kimi, elə anlar olar bilər ki, özünüz də istəmədən kiminsə xətrinə dəyə bilərsiz. İnsan ilk növbədə ona dəyən zərərə görə narahat olur. Bu məqamda kədərləndirən hadisənin təsadüfən və ya qəsdən baş verməsi onu maraqlandırmır. Bəzi insanlar öz inciklik hisslərinə qalib gələ bilmirlər və buna fərqli yanaşırlar. Bəziləri həqiqətən məyus olur, özlərini günahkar hiss edirlər, bəzilərisə qisas planı hazırlayırlar.

Bağışlamağı öyrənmək elə də çətin deyil. Lakin bağışlamağı istəmək, buna qarşı addım atmaq çətindir. Həmin an, həmin o incidiyimiz gün bağışlamaq vacib deyil. Bu nəinki çətindir, bəzən heç mümkün deyil. Əlbəttə bir az zaman lazımdır. Çünki həmin an insan həm qəzəbli olur, həm acı cəkir. Nə qədər vaxtın lazım olduğunu demək çətindir, çünki bu bir çox amillərdən asılıdır: sizin xətrinizə deyən insanla münasibətdən, incikliyin ciddiliyindən və s.

Bağışlayanda ürəkdən bağışlamaq lazımdır. Çünki əks halda incidiyin insana süni gülmək və ya istəmədən, özünü məcbur edərək onunla danışmaq insanı daxildən narahat edir.

Bağışlamaq o demək deyil ki, olanları unuduruq və ya unutmalıyıq. Bağışlamaq həm də bağışladığımız insanın öz davranışını dəyişəcəyinə zəmanət vermir. Bağışlamaqla siz daxilinizdə olan qəzəb, inciklik və ağrıdan özünüzü azad edirsiz.

İnsan gördüyü işi, etdiyi hərəkəti təhlil etməlidir. Nəyi pis, nəyi yaxşı etdiyini araşdırmalıdır. Pis hesab etdiklərini düzəltməyə çalışmalıdır. İnsan öz fikirlərinə, öz hərəkətlərinə, istifadə etdiyi kəlmələrə diqqət yetirsə, əlbəttə ki, özündə müsbət keyfiyyətləri formalaşdıraraq həm özünün, həm də ətrafdakıların hörmətini qazanar.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 3 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri