Oğlanların Səhvləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 248
Səs ver:
(səs: 1)
alt


1.Qəşəng olmağa çalışmayın!
Çünki qızların əksəriyyəti oğlan seçimində qəşəngliyə o qədər də üstünlük vermirlər. Kişi kimi olan oğlanlar qızlarda daha çox maraq oyadırlar.

2.Qızda özünüzə qarşı rəğbət oyatmağa can atmayın!
inanın ki, diqqət mərkəzində olmağa çalışarkən daha da gözdən düşə bilərsiniz.

3.Hər hərəkətinizə görə qızdan icazə almayın!
Qıza xoş olsun deyə hər dəfə ondan mədəni surətdə icazə əlmağınız, aranızda yaxınlıq yaranmasına imkan vermir. Unutmayın! Qızla pis davranmağınız da sizə ziyandır.

4.Bahalı hədiyyələr almağa üstünlük verməyin!
Sevgiliniz elə bilər ki, siz onun hisslərini satın almaq istəyirsiniz.

5.Vaxtından əvvəl hisslərinizi onunla bölüşməyin!
Təəssüflər olsun ki, güıclü cinsin nümayəndələrinin əksəriyyəti bu səhvə yol verirlər. Yadda saxlayın ki, "Sən mənim çox xoşuma gəlirsən", "Mən səni həqiqətən də sevirəm", "Mənim sənə qarşı olan hisslərim ciddidir" ifadələri qızları bezdirir və sizin ciddi niyyətinizə olan inamı azaldır.

6.Qıza olan hisslərinizi gizli saxlamayın!
Bir faktı nəzərdən qaçırmayın ki, qızlar oğlanlardan çox fərqlənirlər. Yəni oğlanlar qəşəng, cazibədar qız görən kimi, ilk növbədə onu "ələ keçirmək" haqda düşünürlər. Oğlanları qızların onlara qərşı olan hissləri maraqlandırmır. Qızlar isə əksinə olaraq ilk növbədə oğlanların onlara qarşı hansı hissləri keçirdikləri ilə maraqlənırlar.

7.Pulunuza və xarici görünüşünüzə arxalanmayın!
Oğlanlar elə bilirlərki, qızları ancaq pul kisəsi və cəlbedici xarici görünüş maraqlandırır. Belə qızlar da var. Amma əksəriyyət qızları pul kisəsi, xarici görünüşü deyil, sadəcə gələcək tərəf müqabilinin şəxsiyyəti maraqlandırır.

8.Bütün hakimiyyəti qızın əlinə verməyin!
Axı qızlar zəif xarakterli kişiləri xoşlamırlar.

9.Qızın yanında hərəkətlərinizi beyninizdə çox götür-qoy etməyin!
Qızlann hissetmə qabiliyyəti əks cinsdən qat-qat güclüdür. Cəsarətli olun! Əgər qız hiss etsə ki, siz addım atmazdan əvvəl hər şeyi dəfələrlə fikirləşirsiniz, bax onda münasibətlər korlana bilər. Çünki qızlar qəti addım atılmasını gözləyirlər.

10.Qızdan kömək və məsləhət istəməyə çəkinməyin!
Kişilər zəif görünmək istəmirlər, amma bütün insənların
köməyə və ağıllı məsləhətlərə ehtiyacları var.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 7 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri