Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 663
Səs ver:
(səs: 4)
İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.

Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.

Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.

Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.

Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.

Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.

İnsanların sənə necə münasibət bəslədiyinə fikir vermə -fikrini sənin onlarla necə münasibət qurmağına yönəlt.

Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən.

Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən.

Zalımlığa göz yummaqla, daha bir zalımlığa rəvac verirsən. (Pisliyi bağışlamaqla, sən başqa pirliyə kömək edirsən).

Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır.

Əgər bütün dünyada səliqə-sahman istəyirsənsə, ilk növbədə öz evindən başla.

Xeyirxahlıq müdafiəsizdir və ona görə də o, bu günə qədər mövcuddur.

Əksər pis əməlləri insan ona görə həyata keçirmir ki, onun bundan xoşu gəlir və ya bunlar ona xeyir gətirir, sadəcə o, düşünür ki, ondan məhz belə əməllər gözləyirlər.

Vicdanlılıq mükafatlanır, amma pulların buna heç bir aidiyyəti yoxdur.

Gül, ona toxunana qədər gözəldir.

İnsan hər şey haqqında düşünə bilər, amma yalnız tam əmin olduğu şeyləri etməlidir.

Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur.

İdeyalara və tanrılara xidmət etmək daha asandır, onlar canlı insanlardan qat-qat daha sadədirlər.

Bütün itilər getdikcə öz itiyini itirir, yalnız kütlər getdikcə daha da kütləşir.

Hökmdarların müdrikliyi onların əldə etdiyi görkəmli nailiyyətlər ilə deyil, baş verməsinə yol vermədikləri axmaq səhvlər ilə ölçülməlidir.
Müdrik böyük varlıqlar haqqında çox düşünən deyil, xırda şeylərdən haqqında az fikirləşən insandır.

Həm böyük, həm də balaca insan eyni anda eyni bir məqsədə doğru gedə bilər, balaca insanın niyyəti məqsədə çatmaq, böyük insanın niyyəti isə daha da irəli getməkdir.

Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur.

Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır.

Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır.
Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə -axmaqlıq göstəricidir.

Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir.

Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri