Biraz-da gulek

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 671
Səs ver:
(səs: 3)

alt

1. Bir gün, bir kişi evdə oturub televizora baxir.. Birdən başlayır dəli kimi evi axtarmağa.. Hər yeri dağıdır.. Bunu görən arvadı təəccüblənib soruşur: "Ay kişi nə axtarırsan belə, nə olub?" Kişi deyir: "Bu evdə gizli kameralar var. Onları axtarıram." Arvadı yenə soruşur: "Sənin belə düşünməyivin səbəbi nədir?" Kişi deyir: " Bax o televizordakı kişi iki dəqiqədən bir deyir ki, "siz AZtvy-ə baxırsınız". De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?

 * * *

 2. Məhkəmədə hakim Mamedə deyir:
 - Kiminlə evlisən?
 Bizim arvadla.
 - Əlbətdəki arvadla evlisən. Heç kişiylə evli olan görmüsən?!
 Əlbətdəki görmüşəm..!
 - Kim??!
 Bizim arvad.

 * * *

 3. Əzrail: Mən Əzrailəm, vaxdındı canını almağa gəlmişəm !
 Qaqaş: Çoxdandı səndən bir söz soruşmaq istəyirəmeee.Maaşa işləyirsən, yoxsa hər aldığın cana görə faiz alırsan? Ümumiyyətlə sərf eliyir işin?
 Əzrail: Kişi kimi Azərbaycanlısan həəə??

 * * *

 4. Kişi: Zəhərlənmişəmeee.
 Qadın: Araq verim?
 Kişi: Yox
 Qadın: Qatıq verim?
 Kişi: Yox.
 Qadı: Bəlkə öpüm?
 Kişi: Hə bəlkə onda qaytardım.

 * * *

 5. Qız: Salam canım
 Oğlan: Salam
 Qız: Bu gün mənə qarşı niyə belə
 soyuq idin?
 Oğlan: Əşiii heç kefim yoxuydu (canıva azzar min dəfə demişəm yupka geyinmə)
 Qız: Hmm başa düşdüm.. (İtdiyindən əl çəkmə! ÖL ! Məni qısqandığını boynuva alana qədər geyinəcəm.)

 * * *

 6. Bir gün bağçada uşaq müəlliməsindən soruşur: Məyyiməə heç usağında usağı oya biyəəəy? Müəllimə cavab verir: Əlbətdəki yox ola bilməz.Uşaq çönüb yanındakı qıza: Cöydüüün səndə qoyxuydun.

 * * *

 7. Bir kişinin eşşəyi qaçır çıxır axtarmağa..Görür zebra gəlir,
 deyir: "Vay eşşəy ADiDAS geyinifsən, eləbildin tanimiyajam?! "

 * * *

 8. 2 zubaçistika kəndə piyada gedirlər. Birdən yanlarından kirpi keçir. Zubaçistikanin biri o birinə: Aydaaaaa bilsəydim kəndə avtobus işləyir avtobusla gələrdiy.

 * * *

 9. Deməli bir gün Bakıdan bir neçə nəfər Şəki-nin bir kəndinə gəzməyə gedəndə yolun kənarında uzunqulağın üstündə gedən bir yaşli kişini görürlər..
 Bunlar da maşınla getdiklərinə görə ve biraz da içkili olduqlarına görə istəyirlər ki bu daydayla mırt tutsunlar..
 Saxlıyırlar maşını pəncərədən biri deyir ki:
 Dayday benzinimiz gurtardı səndə zapaz benzin olmaz?
 Bunu eşidən dayday heç kefini pozmadan eşşəyi saxlıyır ve düşüb keçir eşşəyin arxasına.. Qaldırır quyruğunu nəyəsə baxır sonra çevirir üzünü bunlara tərəf və deyir:
 Yox a qardaş məndə də daççik "0" sıfırı göstərir .

 * * *

 10. Bir gün yolda duran cavan bir oğlan əlindəki təsbehi barmağına keçirib fır-fıra kimi fırladarkən yaşlı molla gəlib ona deyir: oğul o təsbehi elə fırlatma, günahdır. Ondansa imamların adlarınə çəkə-çəkə fırlat. Savab qazanarsan. Molla gedir. Oğlan mollanın dediyi kimi edir. Bir-bir imamların adlarını çəkə-çəkə təsbehi çevirir. Axırda səbri çatmayıb dözə bilmir, nə desə yaxşıdır?: Yaa imamlar, bərk durun getdik - deyir ve təsbehi əvvəlki kimi barmağına keçirib fırladır.

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 9 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri