Həyat və xoşbəxtlik

Müəllif: tek umidim sen
Şərhlər: 6
Baxılıb: 2 945
Səs ver:
(səs: 3)
Lidyalılar pulu kəşf etdikdən sonra hər kəs pul ilə xoşbəxt olacağını, pul ilə dinc, rahat həyat yaşayacağını düşündülər.

Pulun kəşf edilməsindən bu yana keçən illər ərzində, sərvət və bol qazanc üçün çox insan müxtəlif yollar və qeyri-qanuni işlər ilə zəngin olmağa çalışmışdır. Kasıb olduqda bədbəxt olduğunu düşünmüş və hər zaman pulun səadət qapısı olduğuna inanmışlar.

Həyat elə bir prosesdir ki, yaşarkən çox hadisələrlə qarşılaşırsan. Bəzi insanlar dünyaya varlı, bəzi insanlar isə kasıb olaraq gəlmiş, yaşadıqları müddətdə bəzən xoşbəxt, bəzən də bədbəxt görünmüşlər.

Bunu unutmamalıyıq: bol qazanc, var-dövlət və yüksək maaş həyatımızın yaşam standartlarını artırar, amma heç vaxt tam mənasıyla xoşbəxtlik səviyyəmizi artırmaz. Xoşbəxtlik — pul və sərvətlə qazanılacaq konkret maddə, vəsait deyil.

Dünyada aclıq və yoxsulluq içində yaşayanların ən bariz nümunəsi Afrika ölkələrindəki insanlardır. Bir afrikalı uşağın xoşbəxt olması üçün gün ərzində bəlkə də bir qarın dolusu yemək yeməsi yetər.  Nəzər yetirdikdə, heç bir şeyi olmayan, kasıb, zənginlik bir yana, bir qəpik pulu olmayan insanlar boğazlarından 3-4 loxma çörək keçdiyində xoşbəxt olarkən, dünyanın başqa bir yerində, işlərində müəyyən yüksək mövqe tutanlar və daha çox qazanc əldə etmək, bu mövqedən yuxarı qalxmaq üçün vuruşanlar, o, afrikalı uşağın xoşbəxt olacağı qədər xoşbəxt ola bilmirlər. Misal göstərsək: məsələn, uşaqlığından avtomobil sevdası ilə alışıb-yanan bir gəncin avtomobil sahibi olduğundakı xoşbəxtlik, bəlkə də o avtomobili istehsal edən firma sahibində yoxdur. Halbuki, baxsaq, avtomobil firmasının sahibi, o gəncdən daha yaxşı, daha lüks həyat şəraitinə və bol qazanca sahibdir. Amma avtomobili alan gənc ondan daha xoşbəxtdir.

Həyatda xoşbəxtlik, səadət, çoxlu pul və bol qazancla təmin olunmur. Gözəl həyat və xoşbəxtlik yanımızdakı dostlarımızla, ailəmizlə, ətrafımızdakı insanlarla əldə olunur. Yaşam tərzi, həyat standartları içərisində uçurumlar yaşayan insanlar da bu həyatda xoşbəxt olur.
Kimsə kimsədən daha çox xoşbəxt ola bilməz: hər şey də bir tarazlıq vardır.

Gülbahar Kaplan
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri