O dedi... MƏN dedim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 308
Səs ver:
(səs: 4)
Səni susduracam dedi…
Bunu arzu edən ilk insan deyilsən dedim…

Özünü necə hiss edirsən dedi…
Bütün hisslərini itimiş mənasız balaca uşaq kimiyəm dedim…

Istəyirsən qərarını axırda ver dedi…
Əlbətdə buyur dedim…

Keçmişi düşünmədən yaşayıram,sən də belə et dedi...
Mənə agıl verməzdən əvvəl geriyə qalanların sənə yetib yetməyəcəyini yaxşı hesabla dedim...

Özünü çox istəyirsən,tək qalacaqsan dedi...
Həyatda heçkim digərinnən üstün deyil,hər kəs bir-biri üçün yaradılıb dedim...

Bəziləriynən çox yaxınsan,bəzilərin saymırsan dedi...
Vacib olanların altından xətt çəkirəm,vacib olmayanların üstünnən dedim...

Dostların əllərin kürəyinə qoyanda geriyə baxırsan dedi...
Hər kürəyini oxşayanı dostun sanma bəlkə də bıçaqlayacağı yeri axtarır dedim...

Axı onlarla sağlığa badə qaldırmısan dedi...
Şərab deyil zəhər badələrin toqquşdurmuşam dedim...

Haqsızlığa çarə de dedi...
Qar yağsaydı qardan da olsa ikinci bir adam görərdim dedim...

Vaxta azalıb dedi...
Ölümdən qorxmuram,bax mən olan yerdə o yoxdu dedim...

Sərt bir söz de dedi...
Nöqtəni qoyduğum yerdə qalarsan dedim...

Gedirəm dedi...
...

İtirən sən olacaqsan dedi…
İtirsəm yox imtina etsəm aciz olaram dedim…

Sözlərinin nə məna verdiyin başa düşmədim ama mənə kifayət etdi dedi…
Nə qədər bilirsən bil,dediklərin qarşındakının başa düşdüyü qədərdir dedim…

Çox kobud davranırsan ürəyindəki mülayim ‘’SƏN’’i gizlətmək istəyirsən,amma unutma sən məni nə qədər acılasan da ‘’O’’nu yaşadan mənəm dedi…
Ömür xəyalları gözləməz,həvəs olsaydın çoxdan gedərdim dedim…

Çox qəlizsən dedi…
Bunu hamı deyir ,fərqini göstər dedim…

SƏNİ ÇOX İSTƏYİRƏM dedi…
SUSDUM…

(gülümsəyərək…) Özünü necə hiss edirsən dedi…
Kapitansız gəmini idarə edəcəyinə əmin olan uşaq kimi dedim…
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri