Uğurlu nikahda tərəflərin qan qruplarının rolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 690
Bölmə: Maraqlı / Evlilik
Səs ver:
(səs: 2)
alt

Əgər bəzən sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qan qruplarına görə fərqlənən insanların nikahları da bir-birindən çox fərqlənir. Elə isə...

O (I) qan qruplu kişilər ailə başçısı kimi...

Bu qan qrupundan olan kişi məhz bu qadına evlənəcəyini qararlaşdırıbsa, həmin an fikrini tərəddüdsüz üzünə deyəcək. O, coşğunluqla yalan deyə, təkidlə sevgi obyektini izləyə də bilər. Məqsədi yolunda hər şeyə əl atdığından, adətən, arzuladığını əldə edir. Belə də olur ki, həmin kişiyə rədd cavabı verməyə hazırlaşan qadın bir də ayılır ki, artıq bir neçə aydır evlidirlər. Qadınlarçün kiçik hiyləgərlik: əgər I qan qruplu kişi sizə evlənmək təklifi veribsə, "hə" deməkçün vaxtı xüsusi olaraq seçməlisiz. Sehrli kəlməni çox tez eşitsə, o, sizi daha az qiymətləndirəcək. Amma işi çox uzatsaz, inciyib gedə bilər. Özünüz daha yaxşısına qərar verməyə çalışın.
Evlənən kimi bu kişilər nüfuzlu ailə başçısı kimi təsir bağışlamağa çalışır. Əgər o, birincilik statusunu saxlaya bilməsə, nəticəsi çox acınacaqlı ola bilər: sərxoşluq, avantüralar, azart oyunlar, hətta narkotik... Ona görə də, müdriklik göstərib onun liderliyini xüsusi qeyd edin. Bir azdan yanınızdakı avantürist sakit birinə dönəcək. Belə kişi ailə üçün yaşayır. Uşaqlarından heç nəyi əsirgəməz.
I qan qruplu kişiyə ərə gedən qadın maddi prodlemləri unuda bilər. Təbiətcə əsgər olan belə kişi əlinə keçəni evə daşıyacaq. Ancaq onun professional karyerası ailə şəraitindən birbaşa asılıdır. Boşanma qığılcımı evdə parlayan kimi digər maraqlarından o dəqiqə əl çəkəcək.

A (II) qan qruplu kişilərə ailə münasibətlərində arxayın olmaq olar...

Onlar ailə məsələsində çox cəsarətsiz olduqları üçün evlənmə təklifinə sadə, aydın dildə və o saat cavab vermək lazımdır. Cavab aydın olmasa, o, yoxa çıxa bilər və toy sözünü bir də dilinə gətirməz. II qan qruplu 2 növ kişilər var. Birinci tip ictimai və iş sevən insandır, ancaq evə gələn kimi televizor qabağında divana çöküb səssiz heykələ dönür. Bu heykəl bir də işə getmək lazım gələndə canlanır. O biri tip isə əksinə, işdə ləngdir, özünü əldə saxlamağa çalışır. Evə gələn kimi tirana çevrilir. Ancaq hər iki tip evlənəndən sonra "çiçək açdığından" qabaqcadan tədbir tökmək mümkün deyil. II qan qrupunun kişilərinə arxayın olmaq olar. Onlar sosial şərtlərdən və mənəviyyat kriterilərindən çox asılı olduğundan yaxşı ata və ər olurlar. Onlar ayaqlarını qırağa qoyublarsa, deməli, ya böyük stress, ya da əlçatmaz planlarla üzbəüzdürlər. Ancaq onlar xəyanət sahəsində ən hiyləgər, ən orijinal planların müəllifi olurlar. Arvadının ürəyini sındırmamaqçün bu əlaqəni bacardığı qədər məharətlə gizlətməyi bacarırlar.

B (III) qan qruplu kişilər ailədən kənar əlaqələrini gizlətməyi heç bacarmır...

Ən ağlasığmaz evlənmə təklifini onlardan gözləmək lazımdır. Tamam başqa söhbətin ortasında heç uyğun olmayan intonasiya ilə təklif eşidə bilərsiniz. Sualın cavabını eşitdiyiniz tərzdə, lap pulla fala baxaraq da verə bilərsiz. Evlənmək fikriniz olsa, bilin ki, bu hələ harasıdır?! Bu qrup azad olmağı sevən qadınlarçün ideal insandır. O, ailədə liderin kim olmasıyla heç vaxt maraqlanmayacaq. Uşaqlarla oynamağı sevsə də, heç vaxt dərsləriylə məşğul olmaz. Kiçik məişət problemini həll edə bilsə də, qlobal məsələlərə qarışmağa onu heç kim məcbur edə bilməz. Onların karyerası da dostluq münasibətlərindən asılı olur. Çox vaxt sevgi və intimi bir-birindən ayırır, soruşsanız, öz düşüncələrini sizinlə də bölüşə bilər. Ancaq kənardakı əlaqələrini gizlətməyi heç bacarmır. Təcrübəli qadın tələ qurub onu "İnanıram ki, sən qadını qane eləməyi bacarırsan" deməklə onu divanə bir kişiyə çevirə bilər.

AB (IV) qan qruplu kişilər evlənmə təklifini qadından eşitmək istərlər...

Bu kişilərdən konkret evlənmə təklifi alanacan qiyamət günü gələr. O, özünü o yerə qoyacaq ki, guya heç nə vecinə deyil. Birbaşa təklif eləməməkçün min oyundan çıxacaq. O istəyir ki, evlənmə təklifini özü eşitsin. Onlar nikahın nə dərəcədə lazım olması barədə şübhələr içində yaşayırlar. Ancaq bu baryeri ötə bilsə, yaxşı ər və arxalı ailə başçısı olurlar. Ondan sirr saxlamaq lazım deyil, o, arvadını hər bir şəraitdə anlayıb başa düşənlərdəndir. Belə kişiyə ərə gedən bir dünya problemlə izdivaca girdiyini də göz qabağına gətirməlidir. Kişi evdən qaçırsa, bunun günahı dostları və hobbisindədir. Onların qıraqda intimlə maraqlanan çox az hissəsindən məhz donjuanlar, kozanovalar yaranır. Bu qan qrupunun ən yaxşı keyfiyyəti odur ki, onlar özləri darıxan deyil və yanındakıları da darıxmağa qoymurlar.

Ev xanımı olmaq da bir peşədir...

Kim deyir ki, evin xanımı olmaq asandır? Alimlər düşünür ki, qadınlar öz müsbət cəhətlərini qabartmağı və çatışmazlıqlarını gizləməyi öyrənsələr, həyatları daha rahat olar. Görək, bunun qana nə dəxli var?

O (I) qan qruplu qadınlar nikahda namus, sədaqət kimi vacib keyfiyyətləri nəzərə almırlar...

Sevdiyi kişinin yaxşı keyfiyyətləri - istedadı, karyerası, statusu ilə fəxr eləsə də, bəzən sadə anlamlar - namus, sədaqət, incəlik kimi nikahçün çox vacib sayılan keyfiyyətləri nəzərə almırlar. Təbiətcə realist və qənaətcil olan bu qadınlarla evlənmə pulunu saymağı və xərcləməyi bacarmayan kişilərçün ideal variantdır. Bu qadınlar ailə həyatını və karyerasını uşaq yaşlarından planlaşdırır və istədiyinə çatırlar. Onların hissləri səmimi və sədaqətlidir. Əri tərəfindən sığallanmağı, ərköyünləşməyi sevən bu tipi incitsəniz, cavabını çox gözləməli olmayacaqsız. Ailədə gözlənilməz bir şey baş verərsə, o artıq bunu duyub və hazırlaşmağa da macal tapıb. Bəzən qənaətçilik simicliyə, planlaşma kobud hesablamaya keçib yaxınlarının arzu və istəklərini tapdaya da bilər. İşdə uğur qazanmaq bacarığını nəzərə alıb belə xanımların əri arvadının karyerasına sakit yanaşan kişilərdən olmalıdır.

A (II) qan qruplu qadınlar evlilikdə boşanma ərizəsini ilk yazanlardandır...

Nikahın stabilliyi yolunda bu qadınlar intim münasibəti və hətta maraq dairəsini də qurban verə bilər. Səhvini evlilikdən sonra anlayanda belə nəticəyə gəlir ki, onu əriylə yalnız borc birləşdirir. Boşanma ərizəsini ən çox bu tip qadınlar yazır. Özünə çox şey icazə verdiyindən, bədxərclik elədiyindən və çəhrayı eynəklərini çıxarmadığından həyat onu daim cəzalandırır. Bir-birini yaxşı tanıyanacan, yaxud ilk uşaq doğulanacan onlar ərinin başına dolanırlar. Uşaqdan sonra tamam başqa dünyaya düşmüş qadının həyatında ər diqqətdən qıraqda qalır. Ev işlərindən qaçmaq imkanını da əldən buraxanlardan deyil. Bu qadınların əbədi sevgisini qazanmaqçün ailə qayğılarını öz çiyinlərinə götürməli olacaqsız. Axı onun sağlamlığı mənəvi durumuyla birbaşa əlaqədardır.

B (III) qan qruplu qadınlar ərinin kənar əlaqələrinə göz yummağı bacarırlar...

Cazibədar kişiləri gözdən buraxmayan dilli-dilavər qadınlar kompliment sevdiyindən öz zəifliklərinin qurbanı olurlar. Bu qan qruplu qadınlar ən yaxşı həyat yoldaşları sayılır. Onlar həmişə enerjilidirlər, öz maraqlarını, hətta karyerasında nailiyyətləri də ailənin maddi güclənməsinə yönəldirlər. Onlar gözəl evdar xanım, ərinin tərəf-müqabili və uşaqlarının dostu ola bilirlər. Adətən, ərinin kənar əlaqələrinə göz yummağı da bacarırlar. Hərdən bir kənar kişilərlə yüngül flörtü özünə icazə verə bilər. Gecə yarısınadək ərinin hüzurunda dayana bilən bu qadınlar intellektual söhbətləri də çox sevirlər. Ancaq tez-tez əhvali-ruhiyyədə dəyişikliklərə məruz qalırlar. Əsəb tutmaları gələndə o, işdəki hesabatını, evində qonaq olan qayınanasını, evini su basmasını, eləcə də işsiz ərini heç vecinə almaz.

AB (IV) qan qruplu qadınların ideal kişinin axtarışları onları məyus edir...

Qətiyyətsizlik onların zəif yeridir. Bütün qan qruplu kişilərlə çox asan dil tapan bu qadınlar, adətən, xülyalarının kişisinə rast gələndə onu görmür. Çünki ətrafında çoxlu adam olur və ideal kişi axtarışları onu məyus edir. Bu qadınlar ya hamıdan gec ərə gedir, ya da heç ailə qurmurlar. Bu qrupda dəfələrlə evlənmə təklifi almış, ancaq yenə də bu addımı ata bilməyən qadınlar çoxdur. Nikahın ləzzətini yaşaya bilməyənlərin əli yanına düşmür, onlar özünə zəngin həyat qururlar. Müxtəlif maraqlarından, dostlarından savayı, zəngin daxili aləmləri də olur. Ailə quranları isə evdə ərini və uşaqları valeh edəcək atmosfer yarada bilir. Həmişə kənar işlərlə başı qarışsa da, ev-eşiyi və uşaqları ideal vəziyyətdə olur. IV qrup qadınlar ən vəfalı və ünsiyyətdə ən rahat insanlardır. Ambisiyaların olmaması bu qadınların çatışmayan cəhəti sayılır.

İndi isə qan qruplarının nikahda uyğunluğuna nəzər yetirək...

O (I) qruplu kişi və qadın - Ümumi maraqları və bir qədər də yaş fərqi olarsa, bir-birini sözsüz də anlaya biləcəklər.
Kişi O (I) və qadın A (II)- Gözəl kombinasiyadır. Kişi ailəyçün çalışır, qadın ailəni dəstəkləyir. Ancaq kişidə tiranlıq baş qaldırsa, arvadı onu atacaq.
Kişi O (I) və qadın B (III) - Qadın həyatda uğur qazanan kimi kişini qısqanclıq götürəcək və qadına marağını itirəcək. Belə olanda buna "ikilikdə tənha" deyirlər.
Kişi O (I) və qadın AB (IV) - Kişi onun arzularını reallaşdırmaqçün hər şeyi edəcək. Onlar bir-birini çox sevəcək, əgər natamamlıq kompleksi rahat buraxsa.
Kişi A (II) və qadın 0 (I) - İdeal nikahdır. Onlar bir-birini tamamlayır. Kişi güclü və nəvazişli, qadın cazibədar və aktiv.
A (II) qan qruplu kişi və qadın - Onların uşaq tərbiyəsi və ailə rifahı haqqında ümumi baxışları var. Münasibətlərin solmamasıyçün ümumi maraqların olması da lazımdır.
Kişi A (II) və qadın B (III) - Kişi qadının gözündən düşməyənədək və kişiyə inamını itirməyənədək gözəl izdivacdır. Kişi arvadının əl-ayağını bağlamaq istəsə, bu ailə tezliklə dağıla bilər.
Kişi A (II) və qadın AB (IV) - Ciddi problemləri olmayan nikahdır. Hər ikisi öz sakitliyinin və ailənin sabitliyinin keşiyində durub. Ancaq ehtiras və mehribanlığın olmamasından hər ikisi bezə bilər.
Kişi B (III) və qadın O (I) - Ailədə qadına çox böyük yük düşür. Qadın ərini daim tərifləsə və əzizləsə, bəlkə bir şey alınar. Olmasa, kişi evdən qaçacaq.
Kişi B (III) və qadın A (II) - Kişinin yumşaq, yolagedən xasiyyəti olsa, bu çox gözəl bir cütlük olacaq. Zirək kişi bu ailənin bünövrəsini laxlada bilər.
B (III) qan qruplu kişi və qadın - Əvvəl böyük problemlər olacaq, çünki hər biri o birisini öz ritminə uyğunlaşdırmağa çalışacaq. İntim həyatı kənara qoysaq, sonra onlar hətta yaxşı dost da ola bilərlər.
Kişi B (III) və qadın AB (IV) - Onlar ər-arvaddan daha çox yaxşı bacı-qardaş ola bilərdilər. Qarşılıqlı hörmət və anlaşma gözəl münasibətlər yarada bilər.
Kişi AB (IV) və qadın O (I) - Onlardan yaxşı biznes partnyoru alınardı. Sevgi öz yerini hörmətsizliyə və inamsızlığa versə, arada güc tətbiq edən tapılacaq.
Kişi AB (IV) və qadın A (II) - Ehtiraslı qadın sentimental kişiylə yola gedərmi? Bu evdə harmoniyanın olmasıyçün qadın bütün bacarığını işlədəcək.
Kişi AB (IV) və qadın B (III) - Onlar stabil və xoşbəxt ailə qura bilər. Bir-birinə olan sevgidən başqa onları heç nə birləşdirmir.
AB (IV) qan qruplu kişi və qadın - Onların idealları və dəyərləri eynidir. İlk nəzərdən bir-birinə bu qədər yaxın olan insanlar yaxından tanıyandan sonra yana bilərlər.

 

Sevinc Fədai
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri