Energetik içkilərin təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 399
Səs ver:
(səs: 0)

Bütün Energetik içkilərin tərkibində yüksək faizli kofein mövcuddur.

Energetik içkilərin təsiri təxminən 3-4 saat sürür. Bu isə kofenin təsirindən 2 dəfə artıqdır.

Energetik içkilər iki kateqoriyaya bölünür: birincisində kofeinin həcminin artıq olması, digərində karbohidradın həcminə görə seçilirlər.

Kofeini yüksək kateqoriyalı içkilər daha çox tələbələrin qəbul etdiyi içkidir, karbohidratı çox olanı isə idman zalında vaxtını keçirməyi sevən gənclərin qəbul etdiyi içkidir.

Energetik içkilərinin tərkibində nadir vitamin olan B vitamini mövcuddur.

Orqanizmdə neyromediatrların- (bir sinir sistemindən digərinə impuls ötürən cisim) çatışmamazlığından yaranan gərginlik və daimi yuxu arzusunda olmaq kimi problemləri Energetik içkilərin tərkibində olan amin turşularının köməyi ilə aradan qaldırmaq mümkündür.

Energetik içkilərin tərkibindki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.

Energetik içkilərin uşaqların, hamilə qadınların və ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən insanların qəbul etməsi qəti qadağandır!

Alkoqol ilə Energetik içkiləri eyni anda qəbul etmək olmaz. Kofein ilə alkoqol bir birinin əksi olan antipodlardır. Kofein insana enerji vererek gücləndirir alkoqol isə bütün enerjini alaraq insanı halsızlaşdırır. Həmdə kofein alkoqolun beyinə təsirini gücləndirir.

Energetik içkilərin tərkibində kartinin mövcuddur. Kartinin insan bədənində mövcud olan piy turşularını parçalayaraq, maddələr mübadiləsini sürətləndirərək əzələ yorulması tezliyini aşağı salan təbii maddədir.

Energetik içkilərin tərkibində taurin adlanan daha bir maddə mövcuddur.Taurin Əzələ sistemin yığılıb qalan amin turşusudur. İnsan gün ərzində ərzaqlardan 200-300 mq taurin qəbul edir. Deyilənə görə taurin ürək əzələlərinin işləməsini yaxşılaşdırır. Son zamanlar isə araşdırmalar nəticəsimdə əldə olunmuş məlumatlara görə turin insan orqanizminə heç bir təsir göstərmir. adətən taurin turşusunu ev heyvanlarının hazırlandığı konservlərin tərkibinə əlavə edirlər.

İçkilərin tərkibinə həmçinin quaran və jenşen kimi müalicəvi bitkilər daxildir. Bu bitkilərin içkiyə əlavə olunmasına səbəb isə hər iki bitkinin tərkibində insanı ehtiraslandıran maddələrin mövcud olmasıdır. 

Daha bir tərkib hissəsi İnozitdir. İnozit spirtin digər növüdür. Energetik içki istehsal edənlərin sözlərinə görə inozit qaraciyərdəki piyləri daha sürətlə parçalayaraq piylənmənin qarşısını alır. Həkimlərin sözlərinə görə isə siçovulu kiçik həcmdə inozit ilə dietə salsaq görərik onlar adi vaxtdan daha çox piylənmiş qaraciyərə sahib olacaqdırlar.

Sutkalıq kofein dozasını keçməməyi bütün energetik içki istehsalçıları tövsiyyə edir. Bu isə orta hesabla iki banka enegetik içki deməkdir.

İki banka energetik içki qəbul etmək insan orqanizminə zərəli təsir göstərdiyinidə unutmayın! Orqanizm resursları tükənərək arzu etdiyiniz təsiri deyil əks təsir əldə etdiyinizin şahidi olacaqsınız.

Energetik içkinin təsiri keçdiyindən dərhal sonra insanda yorğunluq hissi yaranır bu isə o deməkdir ki, insan orqanizminin itirdiyi resursların yenidən bərpası prosesi gedir.

İdmanla məğul olduqdan sonra energetik içki qəbul etməyin! Bu təzyiqin qalxmasına, qan damar sisteminin hərəkət prosesinə ciddi təsir göstərir.

10 qram kofein insan üçün ölümcül dozadır. Bu isə 150 banka Energetik içki deməkdir.

Sonda ən vacib Energetik içki haqqında faktı qeyd edim ki, içdikdən sonra enerji yüksəkliyi hiss etməniz sizi yanıltmasın bu sadəcə süni enerji artımıdır. Süni enerji artımı isə təbii enerji resurslarını məhv edərək sizin orqanizminizin zəifləməsinə gətirib çıxarır. Əgər Energetik içki qəbul edirsinizə, sağlamlığınızı düşünərək həddi aşmadan qəbul edin.. Bu qeydi ümumdünya səhiyyə həkimlərinin Energetik içkilər haqqında söyləmişdirlər.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri