Tac Mahal - sevgi simvolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 922
Səs ver:
(səs: 1)
Dünyanın əsrarəngiz və əvəzsiz möcüzələrindən biri olan Tac Mahal öz füsünkar gözəlliyi və sevgi simvolunu əks etdirdiyinə görə dillər əzbərinə çevrilmişdi. Bunuda etiraf etməliyik ki, hər il sevgi abidəsini görməyə gələn turistlər onun möhtəşəmliyi qarşısında sözsüz qalırlar. Tac Mahalın möcüzəyə çevrilməsinin səbəbi ilk öncə onun bir insana olan vurğunluğun daş üzərinə köçürülüb əsirlər boyu unudulmayan xatirəsindən ibarətdir. Həyat yoldaşına olan sevgisini əbədiləşdirməyə qərar verən Cahan şah uşaq dünayaya gətirəkən həyatını itirən həyat yoldaşı olan Mumtaz Mahala olan duyğularını bir çox xalqın nümayəndələrindən ibarət tikinti ustalarını bir yerə cəmləşdirərək ezazkar məbədin tikilməsi ilə verdiyi qərarda sübutuna çatdı. Tarixi qaynaqlarda tikinti icraçıları İsmayıl Əfəndi, Ustat İsa, Abdul Kərim və başqalarının tikintinin konstruksiyasında verdiyi töhfələr qeyd olunur.

Hindistanın Aqra adlı şəhərində yerləşən bu abidə Babur (Mugal) imperyası zamanı Cahan Şah tərəfindən həyat yoldaşı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün tikdirilmişdi. Tac özündə İslam, İran və Hind arxitekturasının çalarlarını əks etdirir. Tacın tikintisinə təxminən 1632-ci ildə başlanılmış və 1653 tamamlanmışdır. Torpaq üzərində 3 acra qazılmışdı. Su səviyyəsində 50 m yüksəklikdə yerləşən Tacın tikintisi üçün istifadə olunan materiallar Asiya və Hindistanın müxtəlif regionlarından alınmışdı.Yarımşəffaf ağ mərmər Hindistanın Racistan, tünd isə Pəncab villayətindən, kristal Çindən gətirilmişdir. Tikintidə istifadə olunan daş-qaşlardan- firuzə Tibetdən, safir Şrilankadan və digər daşlar başqa ölkələrdən buraya cəlb olunmuşdu.Abidənin tikilmə strukturunu bütöv daşlar təşkil etdiyi halda üzəri güzgü ilə işlənilmişdi. Deyilənlərə görə burada minlərcə insan əməyindən yararlanmış hətta 1,000 mln fil tikinti zamanı nəqliyyat vasitəsi kimi istifadə edilmişdi. Binanın tikintisinin maliyyə dəyəri hind pulu ilə 32 mln rupi təşkil edildiyi bəzi qaynaqlarda vurğulanır.

Rəvayətlərdə deyilir ki, Cahan Şah öz xanımına o qədər vurğun imiş ki, səfərlərə getdiyi zaman çox vaxt onu da özü ilə aparırmış, demək bu sənət əsəri öz özəlliyini sadəcə ölməz məhəbbət nümünəsi kimi bir obraz yaratmaqla qoruyub saxlamışdı. Hətta həyat yoldaşından kənarda olmaması üçün abidə ilə üzbəüz qara mərmərdən ibarət olan digər bir məqbərə tikdirib onları gümüş materialı körpü ilə əlaqələndirmək niyyətində imiş, lakin bu fantaktik ideya Cahan şahın ölümü ilə əlaqədar olaraq yarımçıq qalır və beləliklə Cahan Şah xanımının abidəsi ilə tarixə silinməz iz salır. Bəzi əfsanələrdə Cahan Şah abidənin özü üçün inşa etdirə bilməsədə lakin möcüzə olaraq ay işığında Tac Mahalın parlaq əksinin Yamuna çayının üzərinə düşərək orada qara mərmərdən tikilən eyni bir abidənin mövcudluğundan danışılır. Tac Mahalın müəyyən hava şəraitində müxtəlif görünüş funksiyasına sahib olması buranı ziyarət edən insanların hər zaman heyranlığına səbəb olub, məsələn dumanlı havada Tac Mahal sanki göy qatında duran sehirli abidə kimi görünür, günəşli havada isə onun üzərində olan qaşlar bərq vuraraq abidəni müxtəlif rəng çalarlarında olması ilə əks olunur.

Möcüzəli olan bu abidə əsirlərlə Hind xalqı tərəfindən qorunur və fəxr duyularaq anılır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri