Kişi ilə qadının davranış arasındakı fərqlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 880
Səs ver:
(səs: 2)
Həyatın müxtəlif anlarında kişi və qadınların davranış fərqlərini lokanik və bir eləcə də maraqlı cümlələrlə Evlenirik.Biz oxucularına çatdırırıq.

Gələcək
- Qadın öz gələcəyi haqda narahat olur – Kişi tapıb evlənənə qədər.
- Kişi öz gələcəyi haqda heç vaxt narahat olmur – Bir qadınla evlənənə qədər.

Uğur
- Uğurlu kişi odur ki, arvadının xərcləməsi üçün çoxlu pul qazansın.
- Uğurlu qadın odur ki həmin kişini tapsın.

Evlənmək
- Qadın kişiylə evlənir, ümid edir ki, o gələcəkdə dəyişəcək.
- Kişi qadınla evlənir, ümid edir ki,o gələcəkdə dəyişməyəcək. Amma o dəyişir.

Mübahisə
- Qadının hər axırıncı sözü mübahisəylə bitəcək.
- Kişi bunun dalınca bir söz əlavə etsə bu yeni mübahisənin təməlini qoyacaq.

Mağaza
- Kişi 5 manatlıq bir əşyaya 10 manat verərək alacaq.
- Qadın ehtiyacı olmadığı 10 manatlıq əşyanı 5 manata almağa çalışacaq, ehtiyacı yoxdu amma o satılır.

İntim həyat
- Qadın 30-35 dəqiqəlik intim aktı üstün tutur.
- Kişi 30-35 saniyəlik akta üstünlük verir.

Səhnəcik
- Qadın üçün filmin ən maraqlı yeri baş qəhrəmanın sevgilisini ilk dəfə öpməsi səhnəsidi.
- Kişi üçün filmin ən maraqlı yeri qəhrəmanın rəqibini əzişdirməsi səhnəsidi.

Telefon
- Kişi telefondan bir əlaqə vasitəsi kimi istifadə edir.
- Qadın bir həftə rəfiqəsigildə qalacaq, sonra evə qayıdıb həmin rəfiqəsi ilə yenə 3 saat telefonda danışacaq.

Film
- Hər bir aktrisa kariyerası ərzində filmdə ən azından bir dəfə açıq-saçıq səhnədə çəkilib. Bunun səbəbi odur ki, hər bir filmin rejissoru kişidi.

Hesab
- Kişilər kafedə hesabı verərkən hərəsi 5 manat stolun üstünə atacaq. Baxmayaraq ki, bütün hesab cəmi 8 manatdı.
- Qadınlar hesab verərkən arxa ciblərindəki kalkulyatoru çıxardacaq.

Sevgi
- Qadınlar qulağı ilə sevir.
- Kişilər gözləri ilə ayrılır…

Ayrılıq
- Sevgililər bir birindən ayrılandan sonra qız ağlayacaq və bütün ürəyini rəfiqəsinə boşaldacaq. Sonda isə ” Bütün kişilər səfehdi ” adlı bir roman yazacaq.
- Oğlan isə ayrılıqdan sonra daha çox əzab çəkir. Ayrılıqdan 6 ay keçəndən sonra gecə saat 3-də ona zəng edəcək və deyəcək: "Mən sadəcə bilməni istədim ki, sən mənim həyatımı məhv elədin, mən sənə nifrət edirəm, sən sadəcə bir tərbiyəsiz qızsan. Amma bizim üçün həmişə şans var:) ”
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri