Sirli təsadüflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 830
Səs ver:
(səs: 1)
Tarixi şəxsiyyətlərin həyatı hər zaman maraq dairəsində olub. Lakin tarixin təkərini öz varlığı ilə yönəldə bilən şəxsiyyətlər sirli, mistik bir pərdə arxasında olublar və onların həyatlarının bəzi detalları hələ də qaranlıq olaraq qalır. Bu məsələlər yetmirmiş kimi, bəzi liderlərin həyatı digər liderlərin taleyi ilə üst-üstə düşür və insanı heyrətdə buraxacaq qədər sehrləyir. XX-ci əsrin 60-cı illərində dünyanı heyrətdə buraxan C.Kennedi qətlinin A.Linkoln qətli ilə oxşarlığı əslində bizim bildiyimizdən də dərindir. Gəlin müqayisə aparaq:

1. Linkoln 1860-ci ildə Amerikanın prezidenti oldu, Kennedi isə 1960-cı ildə. Aradakı fərq 100 il.
2. Hər ikisi həftənin cümə günü, həyat yoldaşlarının gözü önündə, başlarından aldıqları güllə yarası ilə ölüblər.
3. A.Linkolndan sonra E.Conson prezident oldu ki, bu şəxs 1808-ci ildə anadan olub. C.Kennedidən sonra L.Conson prezident oldu ki, O 1908-ci ildə anadan olub. Aradakı fərq 100 il.
4. Linkolnun qatili 1829-cu ildə, Kennedinin qatili isə 1929-cu ildə anadan olub. Yenə ardakı fərq 100 il. Hər iki qatil məhkəməyə qədər öldürülüb.
5. Hər iki prezident diplomat idi və prezdentlikdən öncə senator olmuşdular.
6. A.Linkoln "Kennedi” teatrında, Kennedi "Linkoln” avtomobilində qətlə yetirilmişdir.
7. Linkolna müşaviri qətl olunacagı gün teatra getməməyində israr etmiş, C.Kennediyə isə müşaviri Dallas səfərini təxirə salmasını istəmişdi.
8. E.Consonun və L.Consonun adlarındakı hərflərin sayı (ingilis əlifbasında.Ü.T) 13, hər iki qatilin C.U.Bumun və L.X.Osvaldın 15 və Linkolnla Kennedinin familiyalari isə 7 hərfdən ibarətdir.

Napaleon və Hitlerin indiyə kimi məlum olmayan bənzərlikləri isə daha sarsıdıcıdır. Onların həyatlarını insan az qala dejavu adlandırmaq istəyir.

1. Napaleon 1760-cı ildə, Hitler 1889-cu ildə anadan olub. Aradakı fərq 129 il.
2. Napaleon 1804-cü ildə hakimiyyətə gəldi, Hitler 1933-cü ildə. Yenə il fərqi 129.
3. Napaleon 1809-cu ildə Vyanaya daxil oldu, Hitler 1938-ci ildə. İl fərqi yenə 129 il.
4. Napaleon 1812-ci ildə Rusiyaya hücum etdi, Hitler 1941-ci ildə. İl fərqi 129 il.

Bu hadisələrdən əlavə iki qeyri-adi hadisənin adını çəkmədən ötmək mümkün deyil. Bunlardan biri daim mistik bir hadisə kimi adı çəkiləcək " Titanik”gəmisi barədədir. Məsələ bundadır ki, 1896-cı ildə fantastik yazar Morqan Robertson "Titan” adlı əsərini yayımlayır. Bu əsərdə nəhəng bir gəminin aysberqlə toqquşaraq batmasından söhbət açılır. Qəribə burasındadır ki,”Titan” əsərində bəhs olunan gəminin forması, sərnişinlərin sayı, hətta ölənlərin sayı ilə " Titanik”də ölənlərin sayı üst-üstə düşür. Robertsonun "Titan”ı eyni "Titanik " gəmisi kimi 1912-ci ildə batmış olur.
İkinci qəribə hadisə isə 1992-ci ildə Fransada baş verib. Fransız rəssam R. Şarbonna Ruana merinin sifarişi ilə Janna D Arkın tonqalda yandırılması səhnəsini rəsm edir. Bu rəsmə modellik edən gənc tələbə Janna Lenua az keçmədi ki, universitetdə baş verən yangın nəticəsində eyni adaşının taleyini yaşadı.

Dünya tarixində baş verən bu mistik hadisələrin siyahısını uzatmaq mümkündür. Bunlar bizə dünyanın qətiyyən təbii bir idarəçiyindən deyil, hələ açılmamış sirrlərindən xəbər verir ki, bunları açacaq texnologiya isə hələ mövcud deyil.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri