Kişilərə deyilməli yalanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 119
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-05/1328431327-435.jpg

Bəzi vəziyyətlərdə kişilərin reaksiyaları qadınların ümid etdiyindən çoxdur və bu kimi vəziyyətlərdə bəzi yalanlar söyləmək lazım ola bilər.

Bir çox qadın ərinə heç yalan danışmadığını qarşıya qoyar. Əslində haqsız da deyildirlər. Çünki əhəmiyyətli mövzularda qadını ərindən gerçəkləri gizləməsi söz mövzusu ola bilməz.
Ancaq bəzən elə vəziyyətlərlə qarşılaşarsınız ki, yalan danışmaqdan başqa çarəniz olmaz.

Evliliklərin problemsiz getməsi üçün qadınların hərdənbir bəzi yalanlar söyləmələrinə ehtiyac var.
Əgər yalan danışmaqdakı məqsədiniz evlilikdə uyğunlaşmaq və hüzur, dinclik təmin etməkdirsə heç kim sizi günahlandıra bilməz.

Kişilər, eşitmədikləri, bilmədikləri şeylərə etiraz edə bilməzlər.
Məsələn ərinizə, onun çox da xoşlanmadığı qonşularınızın yemək dəvətindən danışmamısınız.
Əriniz bu dəvəti öyrənəndə, daha əvvəl ona bir şərh etmədiyiniz üçün sizə hirslənə bilər.

Bu vəziyyətdə, yalana müraciət edəcəksiniz.
Ərinizə hər şeyi açıqladığınızı, amma onun TV də futbol izlədiyi üçün sizi eşitməmiş ola biləcəyini deyin.

Kişilər ümumiyyətlə qadınların geyim və gözəlləşmə uğruna xərclədikləri pulu çox hesab etməkdə maraqlıdırlar.
Yoldaşının bərbərdə milyonlarla pul xərclədiyini öyrənən kişi, arvadını həddindən artıq dərəcədə bədxərc olmaqla günahlandırıb əsəbiləşə bilər.

Amma saçlarınızın yeni modeli üçün nə qədər pul xərclədiyinizi ərinizə açıqlayarkən rəqəmdə endirim etsəniz, həm gərəksiz yerə ərinizi hirsləndirməmiş olarsınız, həm də sizin əhvalınız pozulmaz.

Saçları seyrəlməyə başlayan kişi sizə saçlarıyla əlaqədar bir sual soruşsa ona gerçəyi söyləmənizin kimsəyə faydası olmaz.
Bu cür ağ yalanlar, əslində deyilməli olan zəruri yalanlardır.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri