Xəyallarınızı gerçəkləşdirməyin 10 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 754
Səs ver:
(səs: 3)
Bəlkə də, xəyal etdiyiniz 40 yaşında anası ilə yaşamağa davam edən biri olmaq deyildi. Ancaq deyəsən, hər birimizin gerçəkləşməmiş bir arzunun və ya xəyalın kölgəsində yaşadığımızı demək yanlış olmayacaq. Heç özünüzü "İndiki ağlım o zaman olsaydı, hər şey fərqli olardı" deyərkən tapmısınız? Bu il üçün planlaşdırdığınız hər şeyi tamamladınız? Həyatınızı həqiqətən mənalı edəcək olan şey nədir? Bir şey edə biləcək olsanız, bu nə olardı?

Başqasının xəyalının ardınca düşməyin.
Bir çoxumuz valideynlərimiz, sevgilimiz ya da dostlarımız tərəfindən bizim üçün təyin olunan xəyalların ardınca düşürük. İnsanları məmnun etməkdən xoşlanır ya da xəyal qırıqlığına məruz qoymaqdan çəkinir ola bilərsiniz amma sizin üçün ən yaxşı olanı sizdən başqa kim bilə bilər ki?
     
Bəhanə yaratmayın.
İşlərin yolunda getməməsi haqqında özünüzə detallarla bəzədilmiş hekayələr dediniz? Bu işinizə yaradı? Yaramadısa, bəhanə yaratmağı buraxın və hər gün şərtləri daha da yaxşılaşdırmaq üçün çalışın.
     
Dəyər ya da prinsiplərinizdə güzəştə getməyin.
Dəyərlərinizə heç vaxt güzəştə getməyin. Özləri üçün düzgün bir həyat yaşayan insanlar seçimləri haqqında günah, peşmançılıq və ya şübhə etməzlər, dik dayanaraq hədəfləri ilə xəyalları üst-üstə düşən qərarları həyata keçirməyə davam edərlər.
     
Stəkanın dolu tərəfini görün.
Mənfi düşüncə sadəcə ətrafınızda divar hörəcək. Müsbət bir yanaşma hər şeydir. Stəkanın yarısı hər zaman doludur. Bu yanaşma ilə fürsətlər təbii olaraq həyatınıza girəcək. Enerjinizi istəyinizə yönəldin.
     
Maddiyyata yönəlməyin.
Xəyallarını yaşayan insanlar pulun xoşbəxtliyi satın ala bilməyəcəyini və statusun, zənginliyin, şöhrətin hər an itirilə biləcəyinin fərqindədirlər. Xəyallarını yaşayan insanlar pulun hərəkətverici qüvvə olmadığını bilirlər.
     
İmkansıza inanmayın, inamınızı itirməyin və yarı yolda təslim olmayın.
Xəyallarınızı canlı saxlayın. Bir şeyi bacarmaq üçün inanc, özünə inam, sıx işləmək və qərarlılıq lazım olduğunu anlayın. Məqsədlərinizə konkret olaraq inanın. Beynimiz güclü bir silahdır. İmkansız olan bir şey yoxdur. Çox işləməyiniz və çox-çox fədakarlıq etməyiniz lazımdır, siz çalışdıqca yeni fürsət qapıları açılacaqdır.
     
Özünüzü buraxmayın.
Fiziki formada qalmaq və balanslı qidalanmaq, insanın özünü yaxşı hiss etməsinin açarıdır. Özünüzü yaxşı hiss etməsəniz, xəyallarınız sizin üçün artıq bir şey ifadə etməyəcək.
     
Təhlükəsiz bir yerdə ilişib qalmayın.
Özünüzü təhlükəsiz hiss etdiyiniz bölgədən çıxıb bəzi ehtimalları istifadə etməyiniz lazımdır. Xəyallarını yaşayan insanlar yeni təcrübələrə açıqdırlar. Risk alın.
     
Təxirə salmayın və kəsdirmə yollardan artığını yoxlayın.
Dəyişiklik etməyə başlamaq üçün səbəb ay başını və ya bazar ertəsini gözləyirsiniz? İndi başlayın. Xəyallarını yaşayan insanlar bunlar haqqında danışmaq əvəzinə hər gün xəyallarını gerçəkləşdirəcək addımlar atırlar.
     
Finiş nöqtəsi axtarışında olmayın.
Xəyallarını yaşayan insanlar yaşamağın hər an yeni bir təcrübə toplamaqla əlaqəli olduğunu bilirlər.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri