Əcdadlarımız giqantlar olub?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 782
Səs ver:
(səs: 0)
Dünyanın bir çox qədim əfsanələrində giqant, nəhəng insanlar, titanlar haqqında danışılır. Ən maraqlısı da budur ki, arxeoloji qazıntılar zamanı çoxsaylı nəhəng insan sümükləri tapılıb. Sual verilə bilər: həqiqətənmi bizim əcdadlarımız giqantlar olub?

Nəhəng insanlar haqqında olan faktlar çox zaman insanlardan gizlədilir. Lakin qazıntılar zamanı peyda olmuş  onlarla tapıntılar Yer üzündə nəhəng insan irqinin yaşamasını sübuta yetirir. Həqiqətən onlar Yer Kürəsində yaşayaraq tarixin gedişatında iştirak ediblər.

Kəhrəbada tapılmış hava qovucuqlarından məlum olub ki, o zamanlar havadakı oksigenin miqdarı bugünkü zamanla müqayisədə 50% çox olub. Bu fakt nəhəng heyvan və bitkilərin yaşaması ehtimalını artırır. Buradan belə nəticəyə gəlmək olar ki, o vaxt mövcud olan insanlar da nəhəng olmalı idi. Havada həddindən artıq  mövcud olan oksigen nəhənglər irqinin yaşamasını təmin edib.

Görəsən insan törəməsinin müasir nəzəriyyəsi ləğv edilsə nə baş verər?  Sözsüz ki, bir sıra alimlər çörəksiz qala bilər. Onların bilikləri və mükafatları gözdən düşər. Dövlət elmi axtarışlar üçün  yenidən vəsait sərf etməli olar. Buna görə də bu faktlar  ictimaiyyətə açıqlanmır.

Bütün əfsanələrdə nəhəng insanlar belə təsvir edilir: onlar inanılmaz gücə malik idilər və bu gücün sayəsində dünyamız Stounhenç, Tibetin Allahlar Şəhəri, Pasxa adasındakı nəhəng daş fiqurlar, Misir Sfinksi, Teotiukan kimi çoxsaylı giqant abidələrə yiyələnib.  Misal kimi Livanda Baalbek terrasında yerləşən hərəsi 800 ton çəkidə olan daş bloklarını  göstərə bilərik. Daşlar bir-birinə müasir texnikanın da bacarmayacağı dərəcədə çox dəqiqliklə sıralanıb. Belə bir daşı adicə yerindən tərpətmək üçün 40 insanın gücü tələb olunur.

Nəhəng insanlar müasir elmin də çata bilmədiyi dərəcədə ağıllı olublar. Belə ki, astronomiya elminin sirlərini biliblər. Məsələn, qədim şəhərlərdən  olan Teotiukanın xəritəsi Günəş Sistemini xatırladır. Tikilidə olan iki məbəd hələ alimlər tərəfindən 20-ci əsrdə kəşf edilmiş Uran və Pluton planetini xarakterizə edir.

Planetdə baş verən fəlakətlərə (su daşqınlarına) və öz ölümlərinə barmaqarası baxardılar. Quranda deyilir: Nuh gəmini tikərkən nəhənglər ona gülməyə başlayıblar. Babil kitabları xəbər verir ki, yalnız yekəpər Oq gəmiyə daxil oldu, Nuh isə onu möhkəm hasarla saxlayırdı. Daşqından sonra Oq Fələstində yaşamağa getdi.

Onun sonrakı həyatını isə Tövrat təsvir edir. Musa yəhudi xalqı ilə Misiri tərk edərkən bir gün Fələstinə kəşfiyyatçıları göndərir. Kəşfiyyatçılar orda çarları Vassaniyalı Oq olan refaimlərlə (nəhənglərə) rastlaşır. Daha sonralar yəhudilər onun çarpayısına sahib olurlar. Onun uzunluğu 4,5 metrə çatardı.

Müqəddəs kitablarda təsvir olunan bu hadisələrin həqiqiliyi arxeoloji tapıntılarla uzlaşır. Əfsanələrə görə, nəhənglər Qafqaz dağlarında insanları su daşqınlarından xilas edib. Tədqiqatçılar 20-ci əsrdə məhz həmin yerdə nəhəng insanların çoxsaylı sümüklərini aşkar edib. Şərqi Gürcüstanın dağ mağarasında 4 metrlik insan sümüklərinin tapılması bu hadisələrin doğruluğunu sübuta yetirir.

Hərbi yürüşlər zamanı Sparta döyüşçüləri nəhəng Orestin sümüklərini kəndə gətirir. Skeletin uzunluğu 3,5 metr idi. Bu haqda isə nə çox, nə az "tarixin atası” hesab olunan Heredot yazır.

Nəhənglər haqqında Roma tarixçisi İosif Flaviy də yazır. "Tarix və qədimlilik” orta əsrlər kitabında Kamberlenddə tapılmış dörd metrlik insan sümüklərindən danışılır. Çox maraqlıdır ki, bu sümük qalıqları bir hərbiçiyə məxsus olub. Belə ki, qazıntılar zamanı yanında iri balta və qılınc da tapılıb.

19-cu əsrdə yaşamış amerikalı E.P.Uest Qərbi Missuri meşələrində içində son dərəcə böyük insan sümükləri olan kurqanlar aşkarlayır. Skeletlərdən birinin alt çənə sümüyü müasir insanın çənə sümüyündən iki dəfə iri idi.

19-cu əsrin sonlarında Antrim İrland qraflığında 3,7 metrlik altıbarmaqlı insan mumiyası tapılıb. Mumiya geniş əks-səda yaratdıqdan sonra Liverpul, Dublin və Mançester muzeylərində sərgilənib.

İki və üç metrlik kürən saçlı mumiyalar isə 1912-ci ildə ABŞ-ın Nevada ştatında tapılıb. 1935-ci ildə isə arxeoloq Ralf fon Keniqsvald Honkonqda qazıntılar zamanı müasir insanın dişlərindən 5 dəfə yekə olan insan dişləri aşkar etdi. 1970-ci illərdə Mikroneziyanın Ponapa adasında Amerikadan olan arxeoloqların kəşfiyyat qrupu müasir insandan 2 dəfə iri olan insan sümükləri tapdılar. 1950-ci ilə Türkiyədə yol qurucuları iş zamanı bud sümüyü 120 sm olan skelet qazıb çıxardıblar.

Alyaskada, Cənubi Monqolustanda, Türkmənistanda nəhəng insanların varlığını sübuta yetirən bir çox dəlillər tapılıb.

Sual oluna bilər ki, indi bu tapıntı materialları harada yerləşir? Onlardan bəziləri muzeylərdə (düzdür, onların varlığı yenə də alimlər tərəfindən inkar edilir), bəziləri şəxsi kolleksiyalarda saxlanılır.  Hətta, məhv edilənlər də var.

Məsələn, Nevada mumiyası elə arxeoloqlar tərəfindən yandırılıb. İrland mumiyası izsiz-tozsuz itkin düşüb lakin onun 1895-ci ildə Britaniya jurnallarının biri üçün çəkilmiş şəkili qalıb. Ponapa skeleti isə alimlər tərəfindən heç bir izah verilmədən yoxa çıxdı.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri