Passiv siqaret çəkmə ev heyvanlarına da ziyan vurur

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 3 415
Bölmə: Maraqlı / Heyvanlar
Səs ver:
(səs: 2)
Qlazqo Universitetinin (Şotlandiya) alimləri siqaret çəkən adamla bir dam altında yaşayan it və pişiklərin orqanizminə passiv siqaret çəkmənin təsirinə həsr olunmuş çox qeyri-adi bir tədqiqat aparıblar. Şotlandiya alimləri bir neçə min it və pişik tükü nümunəsini tədqiq ediblər. 
 
Tədqiqat müəllifləri ev heyvanlarının tük nümunələrində təmiz havada keçirdikləri vaxtdan asılı olmayaraq xeyli nikotin və tütün tüstüsünün digər komponentlərini aşkar ediblər.
 
Alimlər vurğulayıblar ki, passiv siqaret çəkmə itlərlə müqayisədə pişiklər üçün daha təhlükəlidir, çünki onlar öz tüklərini müntəzəm təmizləyir, səylə yalayırlar. Bu yolla da təhlükəli maddə "porsiyasını” gündə bir neçə dəfə udurlar.
 
Alimlər bildirirlər ki, ev heyvanları kiçik olduğu üçün "ikinci səviyyəli” passiv siqaret çəkməyə insanlarla müqayisədə xeyli çox məruz qalır. Bu heyvanlar tütünün yanması nəticəsində döşəmə üzərində toplanan məhsullarla nəfəs alır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri