Adi və müdrik valideyn arasındakı 7 fərq

Müəllif: Miss_Oxatan
Şərhlər: 6
Baxılıb: 2 922
Səs ver:
(səs: 3)
Hamımız uşaq olmuşuq, amma bunu tez tez unuduruq. Əslində hər bir valideyn qəlbinin dərinliklərində uşaqlarla necə davranmalı olduğunu bilir, lakin gündəlik qarışıqlıqların içində nə dözüm, nə müdriklik kifayət edir ki, bunu dərk edərək hərəkət etsinlər.
Qadinlar.biz bununla bağlı 7 ən vacib məqamı seçib sizlərlə bölüşmək qərarına gəldi. Qeyd edilən məqamlar uşağın şəxsiyyətinin formalaşması ilə yanaşı, valideynlərin ümumi tərbiyə prosesinə təsir edir. Beləliklə adi və müdrik valideyn arasında əsas fərqlərə nəzər salaq:

1. Adi valideynlər əmindirlər ki, onların bütün boş vaxtı uşağa həsr olunmalıdır. Buna görə də, öz maraqlarını ikinci plana atır. Müdrik valideyn isə öz qeydinə qalmağa qadirdir, bunu etməklə, uşağına da eyni şeyi öyrədir.
2. Adi valideyn axşamı uşağın dərs tağşırıqlarını etməyə həsr edir. Müdriklər isə belə strategiyanı üstün tutur ki, uşaq etdiyi və etmədiyi bütün işlərə görə özü məsuliyyət daşıyır.
3. Adi valideyn pul və hədiyyələrlə günah hissini yox etməyə çalışır. Müdrik valideyn müntəzəm olaraq uşağa cibxərci verir ki, bu pulu ailə büdcəsinə daxil olmayan müəyyən şeylər və oyuncaq almaq üçün özü düzgün şəkildə bölüşdürməyi öyrənsin.
4. Adi valideyn uşağın niyə özünü pis apardığını aydınlaşdırmağa çalışmır, bu halın həmin an aradan qaldırılması ona kifayət edir. Müdriklər isə bütün gücüylə uşağı dinləməyə çalışır ki, özünü pis aparmağının arxasında duran səbəbi öyrənsin və mümkün qədər ona kömək etsin.
5. Adi valideyn uşağı tərbiyə edərkən, onun məqsədi layiqli insan böyütmək olur. Müdrik olan isə uşaqla yaxın münasibətdə olmaq üçün əlindən gələn hər şeyi edir.
6. Adi ana-ata uşağı elə bir ab-havada böyüdür ki, nəticədə, onun boynunda oturmasına icazə verir. Müdriklər isə dərk edir ki, onun "şəxsi həyatı”na, öz maraqlarına, uşaqsız keçirdiyi boş vaxta tam haqqı var. O, həm özünün, həm də övladının sərhədlərinə hörmətlə yanaşır.
7. Adi valideyn ovladını bütün sıxıntılardan qorumağa çalışır, hətta uşaq ondan kömək istəməyəndə də. Müdriklər isə uşağın səhv etməsinə imkan yaradır, sonra isə birlikdə müzakirə aparırlar ki, bu vəziyyətdən hansı müsbət dərs çıxarmaq olar.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri