Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var

Şərhlər: 6
Baxılıb: 2 390
Səs ver:
(səs: 3)
Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər..[ Həzrəti Əli əleyhissalam ]

İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi,axtar bir bucaq..[ Nizami Gəncəvi ]

Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. [ İmmanuil Kant ]

Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [ İohan Vilhelm Snelman ]

Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ "Fyüzat” jurnalından ]

Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır.. [ "Fyüzat” jurnalından ]

Ömrün ən təhlükəli dövrü gənclikdir..[ Corc Noel Qordon Bayron ]

Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.. [ Nikolay Vasilyeviç Qoqol ]

Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən..[ Afrika atalar sözü ]

Gənclik,əlbəttə, başqa nemətdir,
Unutulmaz böyük səadətdir.. [ Hüseyn Cavid ]

Gənclik bir qızılıdır,ömrün əlindən
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı 
Torpağı yuyuram göz yaşıyla mən.. [ Əfzələddin Xaqani ]

Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər..[ Fransuo de Laroşfuko] 

Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var.. [ Naməlum ]

Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.. [ Naməlum ]

Cavanlıqda əkdiyini qocalıqda biçərsən..[ Henrik
İbsen ]

Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.. [ Napoleon Bonapart ]

Gənclik insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olurmu şən?..[ Nizami Gəncəvi]

Dünyada ən ağıllı iş gənclikdə qazandığın elmi qocalıqda xərcləməkdir.. [ Ceyms Rendal ]

Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur..[ Uilyam Şekspir ]
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri