100 yaşını haqlayan xoşbəxt insanların həyat qaydaları

Şərhlər: 5
Baxılıb: 2438
Səs ver:
(səs: 5)
Təqvimə baxma: hər yeni gün elə bayram deməkdir!

Heç vaxt təslim olma! Çətin dövrlər hamıda olur, ancaq sən təslim olma! Heç zaman!

Hələ gəncsənsə, çoxlu səyahət et, hətta ən kiçik səyahət sənə böyük həyat təcrübəsi bəxş edəcək!

Daim hərəkət et. Bax, cavanlığın əsas sirri budur!

Nikbin qalın! Mənfi fikirlər bədəni zəhərləməkdən savayı bir şey etmir. Gülümsə! Çünki gülüş ən yaxşı dərmandır!

İstənilən dəyişikliklərə hazır ol! Bu, həm xoş, həm pis hadisə ola bilər. Həyat yerində saymaq deyil.

Əvvəllər imkan olmadığı üçün görə bilmədiyin işlərlə məşğul olmaq heç vaxt gec deyil.

Başqalarının işinə qarışma. Əlavə problemlər nəyinə gərəkdir?

Öz qəlbinə yenidən nəzər sal, onda dünya daha maraqlı olacaq.

Həyatda daim məqsədin olsun və onların arxasınca get!

Özünü başqaları ilə müqayisə etmə. Bu, vaxt itkisindən başqa bir şey deyil.

Hər zaman xoşbəxt olmaq vacib deyil. Ən əsası razı qalmaqdır.

Bir gün lazımsız məsələlərə həddən artıq çox vaxt sərf etdiyini başa düşəcəksən. Amma onda gec olacaq...

Həyat onu ciddi qəbul etmək üçün çox qısadır.

Bu məsləhətləri qulaqda sırğa edin. Uzunömürlü və xoşbəxt insanların həyat eşqi həmişə kömək edir! Kim bilir, bəlkə, nə vaxtsa siz də öz sirlərinizi bölüşməli olacaqsınız...
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 2438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri