Xüsusi adlardan yaranan...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 764
Səs ver:
(səs: 1)
Boykot – Britaniyalı hökmdar Çarlz Boykot (1832-1897). İrlandiyalılar torpağı emal etməkdən imtina edərək Boykotun yerli icmadan təcrid olunması məqsədilə kampaniya başlatdılar.
Kardiqan – Kardiqan qraflığının yeddinci hakimi general Ceyms Tomas Bradnellin şərəfinə adlandırılıb. Bradnell kardiqanı hərbi geyimin izolyasiyası məqsədilə ixtira etmişdi.
Şovinizm – Nikolya Şoven – yarı mifik fransız əsgər. O, xüsusilə Napoleon Bonapart və Fransaya öz sevgisini bildirən çıxışlar edirdi.
Vatman – qalın və yüksək keyfiyyətli ağ kağız. İngilis kağız fabrikinin sahibi Ceyms Vatmanın şərəfinə adlandırılıb. 1750-ci illərin ortalarında Vatman üzərində istehsal zamanı heç bir iz qalmayan yeni kağız formasını ixtira etdi.
Qalife – fransız generalı Qaston Qalifenin (1830-1909) şərəfinə adlandırılmış şalvar adıdır. O, bu şalvarı süvarilər üçün hazırlamışdı. Daha sonra başqa ordular da bu şalvardan istifadə etməyə başladılar, sonradan isə bu şalvar həm kişi, həm də qadın geyimləri arasına daxil oldu.
Quppi – ingilis keşiş və alim Robert Con Lemçer Quppi 1886-cı ildə Kral Cəmiyyətinin önündə kürütökən yox, canlı doğan balıqlar haqqında hesabat vermişdi. Bundan sonra hamı onu məzxərəyə qoymuşdu.
Tolstovka – yazıçının fərqli növdə köynək geyməsinə baxmayaraq, məhşur geyim növü Lev Nikolayev Tolstoyun şərəfinə adlandırılıb.
Gilyotin – fransız həkimi Jozef-İqnas Gilyotinin şərəfinə adlandırılmış edam aləti olmasına baxmayaraq, Gilyotin bu aləti özü ixtira etməmişdi. Lakin 1789-cu ildə o, ilk dəfə bu mexanizm ilə baş kəsmək metodunu "daha humanist” olduğu üçün təklif etmişdi.
Qobelen – XVII əsrdə Fransada Qobelenlər sexi açılışı zamanı yaranmış söz. Bəzi ölkələrdə isə qobelen toxuculuq sənətində istifadə olunan əşyalara deyilirdi.
Olivye – Lyusen Olivye adlı aşpazın kəşf etdiyi salatdır. O, XIX əsrin 60-cı illərində Moskvada Paris mətbəxli "Ermitaj” restoranının sahibi idi.
Beqoniya – fransız zadəganı Mişel Beqonun şərəfinə adlandırılıb. O, bitkiləri toplamaq üçün Antil adalarına elmi ekspedisiya təşkil etmişdi.
Mazoxizm – avstriyalı yazıçı Leopold fon Zaxer-Mazoxun (1836-1895) adından yaranıb. Onun "Boşanmış qadın” və "Xəz içində Venera” romanlarında zalım qadınlar zəif kişiləri ələ salırdılar.
Mesenat – romalı Qay Silniy Mesenatın adından yaranıb. O, Avqustun dövründə incəsənət himayəçisi idi.
Lovelas – Ser Robert Lovelas Semuel Riçardsonun 1748-ci ildə yazılmış "Klarissa” romanının personajdır. Süjetdə yaraşıqlı aristokrat bir oğlan hiyləgərlik işlədərək, 16 yaşlı Klarissanı yoldan çıxarır.
Saksofon – belçikalı musiqi alətlərinin ixtiraçısı Adolf Saksın (1814-1894) şərəfinə adlandırılmışdı. O dövrdə caz musiqisi olmadığı üçün Saks yoxsulluq içində vəfat edib.
Sendviç – IV Sendviç qrafı, Londonun naziri və oyunçu Con Monteqin (1718-1792) şərəfinə adlandırılıb. Deyilənə görə, o, sendviçi kribic oyunu zamanı kəşf edib. Oyun bir neçə saat davam edirmiş, nazir isə yemək üçün vaxt tapa bilməyib. Con Monteq xahiş edib ki, iki çörək diliminin arasında ona yemək versinlər. Oyunçu dostları onun bu üsulda yemək yeməyini bəyəniblər və onlar da "sendviç üsulu” ilə çörək sifariş ediblər.
Siluet – Etyen de Siluet (1709-1767) XV Lüdovik dövründə Fransada Maliyyə naziri olub, qapı və pəncərə, fermalar, ziynət əşyaları, qulluqçular, gəlir və s. kimi şeyləri vergiyə cəlb edib. O, öz vəzifəsində 8 ay qala bilmişdi. Onun adını "ucuz rəssamlığın” adı ilə bağlayıblar, bunun mənası isə bahalı portretin yerinə, ucuz və az vaxt sərf edərək, insanın kölgəsini işarələməkdir.
Mavzoley – Kariya kralı Mavsolun məzarına bənzər məzarları belə adlandırıblar. Onun məzarı indiki Türkiyənin ərazisində yerləşən Halikarnas şəhərindədir.
Mansar – ucuz çardaqlar ixtira edən XVII fransalı memar Mansardın şərəfinə belə adlandırılıb.
Makintoş (plaş) – Su keçirməyən bir parça icad edən şotlandiyalı texnoloqun soyadı ilə bağlıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri