Çox
sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız
kibrit təxminən 150 il öncə icad olunmuşdur. Kibritin icad olunmasının
nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk
olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il
müddətində təkmilləşmə yolu keçmişdir.
İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir.
Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları
da və qəribə görsənsə də alışqan da.
Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı
çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi
reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü
təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.
1830-cu ildə Fransa və Almaniyada indikilərə bənzər kibrit istehsal
etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox
tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi.
Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alşma
qabiliyyətinə malik olduğundan çox vaxt elə qutudaca bir-birinə
sürtünməklə alışırdı.
Kibritin icadında son sözü isveçlilər demişdir. Belə ki, Karolinq
Unstitutunun professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına
çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz etmişdir.
Bundan əlavə o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də
fosfor çəkilməsini təklif etmişdir.
Hal- hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlətin "müəllifi”
isə İsveç fabrikaçısı Yuhan Lundstrem hesab edilir. İndiki təhlükəsiz
kibritləri ilk dəfə o, öz fabrikasında istehsal etdirmişdir. Bu səbəbdən
də məişətdə istifadə etdiyimiz kibrit "İsveç kibriti” adlandırılır.
Kibritin məişətdə ən çox istifadə olunan və ən gərəkli bir ixtira hesab
edildiyi üçün o zamanlar – yəni 1855-ci ildə Parisdə keçirilən Ümumdünya
Sərgisində Yuhan Lundstrem medalla təltif olunmuşdur.
1837-ci ildə Rusiyaya gətirilən ilk kibritləri ruslar "spiçki”
adlandırırdılar ki, bu da "taxta mismarlar” mənasında idi. Rusiyada ilk
kibrit istehsal edən fabrika 1870-ci illərdə işə salınmışdır.
Deyilənlərə görə, bu fabrikanının sahibi Vasili Lapşin bir müddət
İsveçdə Lundstremin fabrikində işləmişdir.
Keçmiş SSRİ (Sovet İttifaqı) kibrit istehsalına görə, dünyada birinci yer tuturdu.