Barmaqlar haqqında maraqlı faktlar

Şərhlər: 4
Baxılıb: 4 969
Səs ver:
(səs: 3)
Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür.
Bəs onlar haqqında nə qədər məlumatımız var? Barmaqlar haqqında bilmədikləriniz.
1. Dünyanın ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır.
2. Dünyanın ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin 25 barmağı var.
3. Barmaq ucları istilik və toxunma hissiyatı olan yerdir. Bədənin bu nahiyyəsi istilik, nəm, titrəməyə qarşı ən həssas yerdir.
4. Barmaqlarda bir əzələ var. O da barmaq bükümlərini hərəkət etdirir.
5. İnsanın orqanizmində testosteron hormonu nə qədər çoxdursa, üzük barmağı bir o qədər uzun olur.
6. Hind toylarında sol əl uğursuz kimi qiymətləndirildiyi üçün üzük sağ ələ taxılır.
7. Qərbdə isə nişan üzüyü sol ələ taxılır. Çünki sol əlin üzük barmağından birbaşa ürəyə gedən "Venna amoris" yəni "Sevgi damarı" var.
8. Adətən qadınların işarət, kişilərin isə üzük barmağı daha uzun olur.
9. İnsanın ən həssas barmağı işarət barmağıdır.
10. Mütəxəssislərin fikrincə, üzük barmağı uzun olan kişilər daha çox uğur qazanırlar.
11. Üzük barmağı uzun olan uşaqlar saylarla, hesabla bağlı fənlərdə daha uğurludur.
12. Çində üzük barmağı sevgini göstərən əl mimikasıdır.
13. Ən zəif barmaq üzük barmağıdır. Çünki o orta və sərçə barmaq arasında olan əzələni paylaşır. Bunun üçün də bu barmağı təkbaşına hərəkət etdirmək çətindir.
14. Hər əldə 34 əzələ, 48 sinir var.
15. Sadəcə insanlar çeçələ və başbarmağını ovuc içində birləşdirə bilər.
16. Saç və dırnaqlar quruluşuna görə eynidir. Onlar eyni maddədən ibarətdirlər.
17. Hamının barmaq izi fərqlidir.
18. Barmaqlar və ovuç içindəki dəri bənzərsizdir. Çünki bədənin başqa heç bir yerində bu qədər davamlı, həssas və tüksüz dəri yoxdur.
19. Bir dırnağın dibindən uzanması aya yaxın vaxt apara bilər.
20. Dünyada heç barmaq izi olmayan insanlar da var.
21. İnsanların öləndən sonra dırnaq və saçların uzanması barədə deyilənlər yanlışdır. Belə ki, su çatışmazlığı zamanı dəri büzüşür və dırnaq, saç köklərindən aşağı doğru çəkilir. Bu da onların uzanması görünüşünü verir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri