Kasıb niyə kasıbdır?

Şərhlər: 3
Baxılıb: 2 716
Səs ver:
(səs: 1)
"The Washington Post” qəzetində Emily Badger yazır ki, kasıblar hətta tualet kağızını da varlılardan baha alırlar.

Məqalədə deyilir ki, tualet kağızını ucuz almağın bir neçə variantı var: supermarketin öz malını almaq, birqat və ya naziyini almaq, ucuz düşsün deyə topdan və ya böyük komplekt bağlamada almaq.

Miçiqan Universitetinin professoru Yeşim Orhun və tələbə-tədqiqatçı Mike Palazzolo düşünürlər ki, yoxsul adamlar çətin ki, sonuncu iki variantdan istifadə etsinlər.

30 top tualet kağızı ilə avtobusda?
Tələbə və müəllim 7 il ərzində 100 min Amerika evinin bazarlıq adətlərinə aid məlumatları analiz ediblər. Bunların arasında ən ibrətamizi tualet kağızıdır. Çünki onu həmişə və dəyişməz olaraq hər dəfə müəyyən qədər (evdəkilərin sayına uyğun) almaq lazımdır.
Orhun və Palazzolo oxşar istehlak reytinqi olan varlı və yoxsul evlərin bazarlığını müqayisə edərkən bu nəticəyə gəliblər ki, yoxsullar topdan və ya böyük bağlamaları daha az alırlar və endirim vaxtları kimi ucuzluq amillərinə daha az diqqət yetirirlər. Nəticədə yoxsul evlər tualet kağızına varlı evlərdən 5, 9 faiz çox pul xərcləyirlər.

Əlbəttə, bu çox ucuz gündəlik istehlak malına aid rəqəmlərdir, lakin kasıbçılığın səbəbi barədə müəyyən ipucu verir. Qəribə bir paradoks yaranır: çox pul varlılara daha çox qənaət etmək imkanı açır.

Varlılara üstünlük verən bir də odur ki, onlar bir müddət saxlana biləcək tələbat mallarını – pomidor əzməsi tənəkələrini, mətbəx salfetlərini, düyünü irəlicədən, məsələn bir aylıq alırlar. Bu ona görə baş verir ki, kasıblar varlılar kimi tualet kağızının 30 topundan ibarət paketə 24 dollar ödəməkdənsə, 4 topu 5 dollara olan paketləri alırlar. Həm baha başa gəlir, həm də daha qısa müddətdə qurtarır.

Qənaət etmək üçün pulun olmalıdır
Orhun və Palazzoloya görə, bu o səbəbdən baş vermir ki, kasıblar daha az fərasətlidirlər. Burada başqa faktorlar da rol oynayır. Məsələn, onların böyük supermarketlərə getmək üçün maşınları olmaya bilər. 30 topluq tualet kağızını isə avtobusda gəzdirməyi münasib bilmirlər. Yoxsulların endirim vaxtını gözləmək imkanları da yoxdur. Onlar maaşı təzə aldıqları günlərdə daha çox xərcləyə bilirlər.
"Dünya pula qənaət etmək imkanları ilə doludur, amma buna görə pulun olmalıdır” – deyilir məqalədə.

Orhun deyir ki, o dünyanın xərcləmə adətlərini də araşdırıb. Məsələn, inkişaf etməkdə olan ölkələrdə siqareti dənə ilə və ya şampunu kiçik qablarda satırlar.

"Mən belə deyəndə, deyirlər ki, sən Banqladeşdən danışırsan, - deyir professor, - Amma axı ildə 20 min dollar gəlir ABŞ üçün də o qədər çox pul deyil”.

Orhunun fikrincə, bu nəticələr yoxsulluğun adamları ağıllı maliyyə qərarları qəbul etməkdən necə məhrum etdiyini göstərir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri