8 şedevr rəsmin gizli sirrini açırıq

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 4 319
Səs ver:
(səs: 1)
Hətta bizə çox tanış görünən və şedevr hesab edilən rəsmlərin də öz sirrləri var. Ümumiyyətlə, dahi rəssamların əsərlərinin bir çoxunda gizli mesaj, görünməsi çətin olan ikinci məna, tapılması çətin olan cavablar var. Bu gün onlardan bir neçəsini sizinlə paylaşırıq.

1. Sol üzüylə baxan portretlər
Müxtəlif epoxalara aid olan bir neçə rəsm əsəri üzərində aparılan araşdırmalar göstərib ki, həmin dövrlərdə portretləri adətən modelin sol üzünü çəkməklə təsvir edirdilər. Uzun müddət bu fenomenin sirri bəlli deyildi, hal-hazırda isə bunun neyrofizioloji açıqlaması verilir: məsələ ondan ibarətdir ki, insan üzünün sol tərəfi sağ tərəfinə nisbətən daha çox emosiya bəlli edə bilir. Əlbəttə, orta əsr rəssamları bunu bilmirdilər, onlar sadəcə müşahidə aparır və modeli onlara xoş gələn rakursdan təsvir edirdilər. 

2. Munk nə barədə qışqırır
Edvard Munk, «Fəryad», 1893.
Munk dünyanın ən sirrli rəsmini çəkmək ideyası haqqında belə deyirdi: "Mən iki dostumla səki boyunca gəzişirdim, günəş batırdı, qəfildən hər tərəf qan qırmızısı rənginə boylandı, mən dayandım. Tükənmə, halsızlıq hiss edirdim, hasara söykəndim və şəhər üzərindəki bu müthiş yanğına baxdım. Mənim dostlarım yollarına davam etdi, mən isə həyəcandan titrəyir, yerimdə donub qalmışdım və təbiəti silkələyən sonsuz fəryad hiss edirdim.”
Belə bir fikir irəli sürülür ki, bu şedevr üçün ideya Munkda dünyanın temperaturunu dəyişəcək qədər güclü olan Krakatau vulkanında baş verən bir neçə partlayışdan sonra yaranmışdır. Həmin dövrdə bütün dünyaya kül və toz yayılmışdı və hətta Norveçə qədər də gedib çıxmışdı. Bir neçə gün boyu axşamlar elə bir mənzərə yaranırdı ki, sanki dünyanın sonudur və yəqin həmin günlərdən biri də rəssamın ilham mənbəyinə çevrilmişdi. 

3.Yazıçı xalq arasında
Aleksandr İvanov, «İsanın xalqla görüşməsi», 1837-1857.

Bu əsəri çəkərkən rəssam onlarla modeldən istifadə etmişdi. Lakin həmin modellərdən biri rəssamın özündən az məşhur olmayan Nikolay Qoqol idi. Qoqol fotoda qəhvəyi əbada təsvir edilmiş vəftizçi İohann obrazını canlandırmışdı. Yazıçı İtaliyada rəssamla sıx əlaqədə olmuş və xüsusilə dini məsələlərdə ona kömək edərək, rəsmini çəkməyinə yardımçı olmuşdur. Göründüyü kimi Qoqol təkcə məsləhət verməklə kifayətlənməyib, həm də model kimi rəssama kömək də etmişdir. 

4.Pikasso şedevrinin gizli tərəfləri
Pablo Pikasso, «Göy otaq», 1901-ci il.

Pikassonun ilk işləri üzərində aparılan son araşdırmalarda ən son texnologiyaların köməyilə, Göy otaq əsərinin altında saqqallı, kəpənək qalstukda oturmuş, əlində üç üzük olan və üzünü əlinə söykəmiş bir kişinin şəkli də aşkarlandı. Texniki təhlil sübut etdi ki, bu rəssamın işidir, lakin incəsənət biliciləri bunun avtoportret olmadığını dedilər. Bu, rəssamın işində ilk belə tapıntı deyil – 1901-ci ildə Pikasso çoxkasıb həyat sürürdü. Ona görə də köhnə kətan lövhələrdən istifadə etməsi təəccüblü deyildi. 

5.Mikelancelonun xəstəliyi
Rafael Santi, «Afina məktəbi», 1511.

Rafael məşhur şedevr "Afina məktəbi”ni yaradarkən öz dost və tanışlarını qədim yunan filosofları obrazları ilə əbədiləşdirmişdi. Onlardan biri də Heraklit rolunda Mikelancelo idi. Bir neçə əsr boyu bu freska Mikelancelonun şəxsi həyatının sirlərini özündə saxlayıb. Müasir araşdırmaçılar isə, rəssamın qəribə formada əyri qoyduğu ayağı onun fiziki problemlərinin olmasının, daha doğrusu əzələ xəstəliyinin göstəricisidir. Həmin dövrün iş şərtlərini və Mikelancelonun ifrat işgüzar olmasını nəzərə alsaq, bu iddiaya inanmaq mümkündür.

6. Arnolfinilərin güzgüsü
Yan Van Eyk ,«Arnolfinilərin portreti», 1434
Ər və arvad Arnolfinilərin arxasında görünən güzgüdə  otaqda olan daha iki insanı görmək mümkündür. Bu nikah mərasiminin təsviri olduğu üçün, həmin insanların da şahidlər olduğunu güman edirlər. Onlardan biri rəssamın özüdür. Buna güzgünün altında latın dilində yazılmış "Yan van Eyk burada olub” yazısı da sübutudur. Adətən həmin dövrdə müqavilələri, ittifaqları bu sözlərlə təsdiqləyirdilər. 

7. Qüsurun istedada çevrilməsi
Rembrant, «63 yaşında avtoportret», 1669.

Marqaret Livinqston adlı araşdırmaçı Rembrantın bütün avtoportretlərini dərindən öyrənərək, aşkar etmişdi ki, rəssam çəpgözlükdən əziyyət çəkirmiş. Rəsmlərdə onun gözləri müxtəlif istiqamətlərə baxır, lakin digər insanları çəkdiyi rəsmlərdə eyni hal təkrarlanmır. Belə hesab edilir ki, onun bu qüsuru həm də üstünlüyü idi, çünki normal baxışlı insanlardan fərqli olaraq, o hər iki istiqamətdə baxışı fərqli görə bilir və bunu rəsmlərinə yansıtmağı bacarırdı. Bu hala stereokorluq deyilir – dünyanı 3D – 3 ölçüdə görə bilməmək. Rəssam iki ölçülü baxışı ilə işləmək məcburiyyətində qaldığı üçün də, onun istedadının belə fenomenal səviyyəyə çatdığı iddiası irəli sürülür.

8. Dalinin pendirdən ilham alması
Salvador Dali, «Yaddaşın sabitliyi», 1931.
Dali ilk qarabasmanı uşaq olanda görmüşdü. Bu onun o qədər xoşuna gəlmişdi ki, psixikasına tez-tez təzyiq edərək, eyni həzzi almağa çalışırdı. Beləliklə də o növbəti rəsmini çəkə bilirdi. Yaddaşın sabitliyi əsəri ilə də eyni hal yaşanırdı. Sahil peyzajı demək olar ki hazır idi, təkcə mərkəzi obrazlar çatışmırdı. 1931-ci il axşamlarından birində, axşam yeməyindən sonra Dali düşüncələrə dalaraq, əriyib gedən yumşaqlıq barədə düşünməyə başladı. Onun düşüncə axınının qarşılığında beynində pendir canlandı – məhz bu da mərkəzi obrazının təməlini, əriyib gedən saatları təsvir etməsi üçün kifayət oldu. Rəssam bundan sonra rəsmi 2 saat ərzində bitirməyi bacarmışdı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri