Ağıl haqqında

Şərhlər: 4
Baxılıb: 3 738
Səs ver:
(səs: 1)
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün(Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır (Qurani Kərim)
- Ağıl alıb-satmaq mümkün olsaydı, yəqin,hamı alıcı olmaq istəyərdi (Devid Star Cordan:Amerika pedaqoqu)
- Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə həm ağıllının, həm də sarsağın fikri ilə razılaşmaz (Aristotel:Qədim Yunan filosofu)
- Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım gələndə susmaq (Sədi Şirazi:İran şairi və mütəfəkkiri)
- Ağıl insana ağıllı yaşamaq üçün verilir (Vissarion Qriqoryeviç Belinski: Rus tənqidçisi və filosofu)
- Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox ,düşünmək lazımdır (Rene Dekart: Fransız filosofu və riyaziyyatçısı)
- Ən ağıllı filosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər (Hilon:Qədim Yunan filosofu)
- Hiss və ağıl toqquşanda həmişə hiss qalib gələr (İohann Volfanq Höte:Alman şairi və mütəfəkkiri)
- Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə aöıldır, qalan şeyləri özləri də əldə edə bilərlər (İmmanuil Kant:Alman filosofu)
- Görünür,insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir (Mari Monteqyu:İngilis yazıçısı)
- Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki,özünü həddən artıq ağıllı saymayasan (Andre Morua:Fransız yazıçısı)
- Dərrakə çox vaxt yatır,onu oyatmasan, həmişə yuxulu olur (Uilyam Şekspir: İngilis dramaturqu və şairi)
- Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur (Şevalye de Levis:Fransız marşalı)
- Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz (Artur Şopenhauer:Alman filosofu)
- Sizə ağlınız hökm edirsə-padşahsınız,vücudunuz hökm edirsə-kölə! (Mark Porsi Katon:Qədim Roma yazıçısı vədövlət xadimi)
- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də çürüməyə səbəb olur (Muhəmməd Qəzzafi: İslam alimi və mütəfəkkiri)
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri