Bir neçə saata bitirə biləcəyiniz 6 mükəmməl əsər

Şərhlər: 4
Baxılıb: 2 627
Səs ver:
(səs: 3)
Mütaliə etmək beynimiz üçün mükəmməl məşğələdir. Yaxşı seçilmiş kitablar isə həyatımızı və bizim özümüzü dəyişdirəcək qədər güclü ola bilərlər. Vaxt azlığından şikayətlənənlər hətta bir neçə saata da oxuyub bitirə biləcəyi əla kitablar tapa bilərlər. Sadəcə yaxşı araşdırmaq və sizə maraqlı olan mövzuda ən yaxşı kitabları seçmək bacarığınızı inkişaf etdirmək lazımdır.
Qadınlar.biz sizə bir neçə saata oxuya biləcəyiniz 6 maraqlı əsəri təqdim edir:

Ernest Heminquey "Qoca və Dəniz”
Heminquey yaradıcılığının zirvəsi hesab edilən "Qoca və Dəniz” povesti 1952-ci ildə oxuculara təqdim edildikdən bəri bütün nəsillərin ən sevilən kitablarından birinə çevrilib. Əsər nəhəng okeana kiçik qayığıyla ova çıxan tənha qocanın başına gələnlərindən bəhs edir. Hər dəfə uğursuz ov edən qoca, bu dəfə böyük bir balığı toruna sala bilir. Lakin bu da onun mübarizəsinin sonu olmur. İndi də ovladığı balığı köpək balıqlarından xilas etməlidir. Müəllif baş qəhrəmanı yaxın tanışlığı olan bir qoca kubalı balıqçının obrazı əsasında yaradıb.

Cerom Selincer "Çovdarlıqda uçurumdan qoruyan”
Amerikalı məşhur yazıçı Cerom Selincerin 1951-ci ildə yazdığı bu əsər 16 yaşlı Holden’in dövrünün Amerika həqiqətlərini aşkarcasına və çox sərt formada inkar etməsindən danışır. O, cəmiyyətdə hökm sürən ümumi qayda-qanun və əxlaq tənzimləmələrinə qarşı çıxır. Əsər üzərində 9 il işləyən yazıçının yeganə romanı da bu olmuşdur. Dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.

Qabriel Qarsia Markes "Hüznlü fahişələrim”
Məşhur yazıçının son romanı olan bu əsər insanı ömrün sonunda haqlayan, onun dünyaya, həyata, insanlara, özünə olan, az qala yüz illik münasibətini bircə anda dəyişməyə qadir olan gözəl bir sevgi hekayətidir. Bir çoxları əsərdə yazıçının öz istəklərini və yaşlılığını təsvir etdiyini düşünür. Bu əsərdə biz insanın mənəvi və fiziki yaşı arasındakı dərin təzadları hiss edə bilirik.
 
Cek London – "Ağ diş”
Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur.Cek London bu əsərində sanki demək istəyir ki, heyvanla insan arasında ciddi fərq yoxdur. Heyvan da insan kimi şüura sahibdir, düşünür və hiss edə bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir. Yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.

Sergey Dovlatov, "Çamadan”
Müasir rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Sergey Dovlatov dissident baxışlarıyla hər zaman müzakirə edilən cəsarətli yazıçılardan biridir. 1978-ci ildə Amerikaya mühacirət etdikdən sonra, ədəbiyyat sahəsində ən məhsuldar illəri başlayır və vəfatına qədər 12 adda kitab yazır. "Çamadan” da onun avtobioqrafik romanı olaraq, həmin silsiləyə daxildir. Qara yumorla təsvir edilmiş dövrünün bürokratik qaydaları, iqtisadi sistemdə olan çatışmazlıq və s. sizi kitaba aşiq edəcək.

Corc Oruell, "Heyvanıstan”
Yazıçının 1943-cü ildə yazdığı bu əsər totalitar rejim və despotik idarə üsullarına qarşı çox fərqli üslubda yazılmış əsəridir. Dili asan olan əsəri dərk etmək üçün yazıçının mükəmməl bənzətmələrini anlamaq lazımdır. Həcmcə o qədər də böyük olmayan "Animal farm” romanı ilə Oruell bütünlükdə totalitar siyasi təfəkkürün və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri