Heç kim məni başa düşmür

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 4 520
Səs ver:
(səs: 1)
"Heç kim məni başa düşmür” tez-tez bu sözü deyir və ya ətrafımızda olan insanlardan bunu eşidirik. Eyni dildə danışdığımız, duyğu və düşüncələrimizi bölüşdüyümüz insanların bizi anlamadığını düşünürük. Bizim onları anladığımız halda onların bizi anlamaması, güvəndiyimiz, yaxın olduğumuz insanlar tərəfindən anlaşılmamaq bizdə zaman-zaman məyusluq yaradır. Belə olan halda həmin insanlara olan güvənimizi itiririk. Zaman keçdikcə isə həmin insanlardan uzaqlaşır, ətrafımızda bizi anlayan insanların olmasını istəyirik. Hər bir insanın həyatında müəyyən dövrlər olur ki, o özünü yalnız hiss edir, başa düşülməməkdən şikayətlənir. Lakin bunun yaranma səbələrini düşünmürlər. Bəzən kimsə də bizim onu başa düşmədiyimizi fikirləşir. Həqiqətənmi biz onu anlamırıq yoxsa həmin insan o fikirdədir? Bizim doğru kimi düşündüyümüz şeylər başqaları tərəfindən yanlış qərar kimi qəbul olunur. Belə olan halda tərəflər arasında fikir ayrılığı yaranır və hər bir tərəf öz mövqeyinin doğru olduğunu düşünür. Bəzən "başa düşülməmək”məhz öz düşüncə və etdiyimiz səhv hərəkətlərə görə olur. Biz də nə zamansa başqalarının fikrin soruşmur, öz fikirlərimizin daha üstün olduğunu düşünürük. Bilməyərəkdən etdiyimiz hərəkətlər başqaları tərəfindən nə vaxtsa bizə qarşı edildikdə bizi başa düşmədiklərini deyirik. Belə olan hallarda başqalarını günahlandırmamlı, nə vaxtsa özümüzündə səhv edə biləcəyimizi düşünməliyik.

Başa düşülən insan olmaq üçün aşağıdakılara diqqət yetirək.
Başa düşülməmək bəzən dinləməməkdən yaranır. Başa düşülən olmaq istəyiriksə ilk öncə başqalarının düşüncə və fikirlərini dinləməyi bacarmalı, onların fikirlərinə hörmətlə yanaşmalıyıq. Qarşımızdakı insanın kimliyindən və yaşından asılı olmayaraq o danışan zaman sözünü kəsməməli, yersiz müdaxilə etməməliyik. Başa düşülmədiyinizi fikirləşdiyiniz zaman bunun səbəblərini araşdırın. Bəzən biz fikrimizi düzgün çatdıra bilmir, yalnış qəbul olunuruq. Bu zaman ətrafımızda olan insanlar bizi anlamır və heç kimin bizi başa düşmədiyini düşünürük. Belə olan zaman qarşımızdakı insana fikrimizi dəqiq çatdırmalı, düzgün ifadə etməli, səlist və sakit formada bildirməliyik. Emosional deyilen fikir qarşımızdakı insanda da çaşqınlıq yarada bilər. Qəbul etmək istədiyimiz qərarın sizin üçün müsbət tərəflərindən danışmağınız qarşınızdakı insanın diqqətini çəkməsinə səbəb ola bilər.Xarakter xüsusiyyətləri, dünyagörüşləri fərqli olan insanların münasibətlərində zaman-zaman anlaşılmazlıqlar olur. Tərəflər belə olan halda bir-birini anlamır və başa düşməməkdə günahlandırırlar. Belə olan halda biz hər zaman qarşı tərəfin düşüncə və fikirlərinə hörmətlə yanaşmalı, bizi daha yaxşı başa düşdüyünü hesab etdiyimiz insanlarla münasibət qurmağa üstünlük verməliyik.
"Heç kim məni başa düşmür " kimi düzgün olmayan düşüncəyə sığınaraq özünüzə qapanmayın və buna görə kimisə günahlandırmayın. Düşüncə və fikirlərinizi söyləməkdən çəkinməyin. Qərar qəbul edən zaman sizə yaxın olan insanlarla məsləhətləşin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri