Varlı və kasıb düşüncə tərzi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 749
Səs ver:
(səs: 2)
Varlı insanlar “Mən öz həyatımı qururam”, yoxsul insanlar isə “Həyat – bizimlə baş verəndir” fikrinə inanırlar. Pullar onların istifadə edildiyi sahələr üzrə dəyər qazanır. Həyatdan gileyləndikdə problemləri özünüzə çəkən nəhəng bir maqnitə çevrilirsiniz. Burada varlı insanların sahib olduğu düşüncə sirrini “Öz maliyyə uğurumun səviyyəsini özüm yaradıram”.

Varlı insanlar pul oyunlarını qazanmaq, yoxsul insanlar isə pul itirməmək üçün oynayar. Əgər siz məqsədiniz ilk başdan rahatlıq və dinclikdirsə çox güman ki, siz heç vaxt varlana bilməyəcəksiniz. Yox əgər sizin məqsədiniz varlanmaqdırsa, ən son nəticədə istədiyiniz zənginliyə rahatlıq ilə birgə qovuşacaqsınız.

Varlı insanlar zəngin olmağa çalışır, yoxsullar isə sadəcə bunu istəyirlər. Əksər insanların istədiklərinə nail ola bilməməsinin səbəbi, özlərinin nə istədiklərini bilməmələridir. Əgər zənginlik əldə etməyə çalışmasanız və tamamilə bu məqsədə istiqamətlənməsəniz çətin ki, istəyinizə nail olasınız.

Varlı insanlar geniş miqyaslı, yoxsul insanlar isə xırdalıqlarla düşünər.

Varlı insanlar imkanlara, yoxsul insanlar isə maneələrə diqqətini cəmləyər.

Varlı insanlar özlərini və sahib olduqlarını inkişaf etdirməyi, yoxsul insanlar isə satışla bağlı mənfi rəyə sahib olmağı irəli çəkər.

Varlı insanlar öz problemlərindən yüksək, yoxsul insanlar isə öz problemlərindən aşağıdırlar.Uğurun sirri problemlərimizdən qaçmaq, xilas olmaq və yaxud onlara boyun əyməkdir. Sirr ondadır ki, istənilən problemdən yüksək olmaq üçün öz inkişafınız ilə məşğul olmalısınız. Əgər həyatınızda böyük problem varsa deməli siz hazırda çox kiçik insansınız.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri