Ən yaxşı nəticəni göstərən tələbənin həyatı hər kəsi heyrətləndirdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 209
Səs ver:
(səs: 1)
Bəzən bizə bacara bilməcəyimizi deyirlər və təəssüf ki, bir çoxumuz buna inanırıq.

"İnsanlar öz arzularının real olduğuna inanmırlar, çünki bu arzular materiyadan, hissəciklərdən ibarət deyil. Lakin, arzular həqiqətən də realdır. Onlar bizim həyata baxışımız, şəkillər, xatirələr, itirilmiş və qazanılmış ümidlərimizdən ibarətdir," - Neil Gainman.

Arzularını reallaşdırmaq hər kəs üçün mümkün deyil. Çünki, bu arzuların reallaşacağına olan inam və qətiyyət hissi hər adamda olmur. Lakin inamı olan insanlar hər cür maneə ilə üzləşməyə hazır olurlar. Hətta, bizim yaşadığımız və çətin hesab etdiyimiz mühitdə də.

Griffin Azərbaycanda yaşamasa da, bir çoxlarımızdan daha pis vəziyyət və şəraitdə həyatını keçirib. O, evsiz olmasına, anasının ölümünə baxmayaraq, sinifdə ən yüksək nəticəni göstərərək, 4.65 GPA ilə məzun olmağa nail olub. Bəs Griffinin sirri nədir? Əlbəttə, burada kainatın gücünü, bütün dünyanın sənin arzularını reallaşdırmaq üçün səfərbər olduğunu da deyə bilərdik, lakin dünyanın işi-gücü çoxdur. Burada məsələ, insanın daxili gücü və inamındadır. Kainatın gücü deyilən şey də elə insanın şəxsi potensial və arzularına olan qətiyyətli inamıdır.

Griffin məğlub olmaqdan imtina etdi.

Bütün bu nəticələri əldə edən Griffin deyir:

Heç vaxt sizə kiminsə hər hansı bir şeyi bacarmayacağınızı deməsinə icazə verməyin. İnsanlar mənə də ağıllı olmadığımı deyirdilər və budur mən sinfin ən yüksək nəticəsini göstərmişəm.

Qeyd edək ki, Griffinin anası onun hələ 6 yaşı olanda leykomiya xəstəliyindən vəfat edib və o, 7 yaşından etibarən sığınacaqlarda yaşamağa başlayıb. Günlərlə ac qaldığı vaxtların da olduğu deyir. Bütün bu çətinliklərə baxmayaraq, o uğur qazanmaq və ailəsi üçün daha yaxşı həyat əldə etmək istəyindən əl çəkməyib. Dərslərində uğurlu nəticələr göstərərək, müxtəlif təqaüdlər qazanıb, pulsuz təhsil almaq imkanı əldə edib.

Hal-hazırda qardaşı ilə birlikdə Floridada yaşayan Griffin mühəndis olmaq yolunda inamla addımlayır. Onun bu uğurunu eşidən insanlar isə, hekayəsindən təsirlənməyə bilmirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri