Eyfel qülləsi haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 928
Səs ver:
(səs: 4)
Əgər 100 fərqli insandan Parisi simvolizə edən bir şey haqqında soruşsanız onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və şəkli çəkilən bir abidəsidir.
Eyfel qülləsi 1889-cu ildə inşa edildikdən bu günə qədər 200 milyon insan tərəfindən ziyarət edilib. Bununla yanaşı Eyfel Qülləsi barədə bir çox maraqlı faktlar da mövcuddur:

Eyfel Qülləsinə nifrət edirdilər: İlk öncə onu qeyd edək ki, Eyfel Qülləsi inşa edilməyə də bilərdi. 1887-ci ildə fransız mühəndis Qustav Eyfel abidəni yaratmağı qərara alanda onun fikri tənqidlə qarşılandı. O dövrün bir çox tanınmış mədəniyyət xadimləri hətta belə bir sənəd də imzalamışdılar: “Bir neçə il ərzində biz şəhər üzərində mürəkkəb ləkəsinə bənzəyən dəmir sütun və vintlərin iyrənc kölgəsinə baxmalı olacıyıq”. Bu qülləyə ən çox nifrət edənlərdən biri də Mopassan idi və o hər zaman bu qüllədə yerləşən restoranda nahar edirdi. Buna səbəb isə Eyfel Qülləsinin şəhərin hər yerindən görünməsi idi və Mopassan tək burda oturub nahar etdikdə “iyrənc abidə”ni görmürdü.

Qüllə uzun müddət qalmalı deyildi: Eyfel Qülləsi 1889-cu ildə Fransa İnqilabının 100 illik yubileyi münasibəti ilə inşa edildi. Qüllə 1889-cu ilin Ümumdünya sərgisinə hazırlanmış nümunə idi və fransız mühəndisliyinin və texnologiyasının möhtəşəmliyini nümayiş etdirməli idi. Qüllənin 20 ildən sonra yox edilməsi planlaşdırılmışdı. Lakin Eyfel Qülləsinə o dövrdə də böyük maraq göstərildi və qüllə bu günə qədər mövcudluğunu qoruyub saxlaya bildi.

Hitler üçün aşılmaz maneə: İkinci Dünya Müharibəsi zamanı 1940-cı ildə Hitler Parisə daxil olmamışdan əvvəl fransızlar qüllənin liftini xarab etdilər və bu dövrdə müharibə səbəbindən onu təmir etmək mümkün deyildi. Bu səbəbdən də alman əsgərləri qüllənin ən yüksək hissəsinə çıxıb öz bayraqlarını asa bilmədilər. İnsanlar arasında “Hitler Fransanı fəth etsə də, Eyfel Qülləsini fəth edə bilmədi” ifadəsi yarandı.

Rəngli qala: Eyfel Qülləsini 3 fərqli rəng çaları ilə boyayırlar. Ən tünd çalar qüllənin təməl hissəsində, ən parlaq çalar isə qalanın ən hündür hissəsində istifadə olunur. Hər il qülləni korroziyadan qorumaq üçün 60 tonlarla boya istifadə olunur.

Həkk olunmuş adlar: Qustav Eyfel qüllənin inşasında iştirak edən 72 görkəmli fransız mühəndisinin, aliminin və riyaziyyatçısının adını həkk etdirmişdi. 20-ci əsrin əvvəllərində bu adlar ixtisar edilsələr də, 1986–1987-ci illərdə Société Nouvelle d’exploitation de la Tour Eiffel şirkəti tərəfindən bərpa edilmişdi.

Reklam üçün ən hündür məkan: 1925-ci ildən 1935-ci ilə qədər avtomobil şirkəti Citroen-in işıqlandırılmış nişanı qülləni 3-4 tərəfdən bəzəyirdi. Bu o dövrdə ən böyük reklam aksiyası olmaqla yanaşı, qüllə də dünyada reklam üçün ən yüksək məkan adını aldı.

Davamlı qüllə: Bu nəhəng qülləyə demək olar ki, külək heç bir zərər yetirmir. Hətta ən güclü küləkdə belə qüllənin ən uc hissəsi cəmi 15 sm əyilir. Qüllənin çox yüksək olması və fırtınalı küləklər səbəbindən tikinti zamanı tez-tez bədbəxt hadisələr baş verirdi.

İntihar üçün ən populyar məkanlardan biri: Eyfel Qülləsində baş verən intiharlar çox geniş yayılmış haldır. Dünyada baş verən intiharların ən yüksək göstəricisi Fransaya məxsusdur və burada 1000 adamdan 17,5-i özünə qəsd edir. 300 metrlik dəmir qüllədən özünü ataraq intihar etmək Fransada özünü zəhərləmək və asmaqdan sonra üçüncü yeri tutur.Bir çox hallarda da bəziləri qüllədə özünü ataraq intihar etməyə cəhd etmiş, lakin buna nail ola bilməmişdi. Maraqlı bir hadisə də qüllədən özünü ataraq intihar etmək istəyən qadının başına gəlmişdi. Belə ki, qadın intihar etmək məqsədilə özünü qüllədən ataraq aşağıda dayanan bir maşının üzərinə düşmüşdü. Daha sonralar qadın bu maşının sahibi ilə ailə həyatı qurdu.

İki dəfə satılmış qüllə: 1925-ci ildə fırıldaqçı Viktor Lyustiq iki dəfə məşhur qülləni dəmir yığını ilə məşğul olan adamlara satmışdı. O iki fərqli insanı qüllənin maliyyələşdirilməsi fikrinə razı sala bilmişdi. Lyustiq hətta müştərilərindən şəhərin ən nüfuzlu ticarət müsabiqəsində qalib gəlmələri üçün ona rüşvət vermələrini tələb etmişdi. Pulları aldıqdan sonra fırıldaqçı yoxa çıxdı. Bir neçə il sonra o yenidən eyni fəndi işlətmək istədi, amma bu dəfə uğursuzluqla nəticələndi.

Eyfel Qülləsinin surətləri: Eyfel Qülləsinin kiçik surətlərinə dünyanın bir çox yerində – ABŞ, Las-Veqas, Çinin Quandun əyalətində Shenzhen şəhəri, Ruminiya Sloboziya şəhəri, Danimarka Kopenhagendə, Bolqarıstanda Varnada, Qazaxıstan Aktau şəhəri və s. şəhərlərdə görmək mümkündür.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri