Paris haqqında məlumat

Müəllif: Totu
Şərhlər: 2
Baxılıb: 7 818
Səs ver:
(səs: 6)
Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir.

Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.

Coğrafiyası
Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir.

Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.

Tarixi
Şəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Əhalisi
Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/кm²-dir.

Etnik tərkibi
Hal azırda Parisdə 310 000 immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətini Portuqaliya, Əlcəzair, Mərakeş, Avropa və Afrika olkələrindən olan gəlmələr təşkil edir.

Nəqliyyat
Paris nəhəng nəqliyyat qovşağına malik olub, tarixi yolların kəsişdiyi şəhərdir. Parisdən radius şəkilli müxtəlif istiqamətlərə yönəlmiş avtomobil yolları başlanğıc götürürlər. Bu yollara A1 Lill isiqamətli, A4 Reyms isiqamətli, A5 Dijon isiqamətli, A6 Lion istiqamətli, A7 Never isiqamətli, A10 Orlean isiqamətli, A13 Ruan isiqamətli avtomagistrallarını misal göstərmək olar.

Hava nəqliyyatı
Paris üç beynəlxalq hava limanına malikdir:

Şarl de Qoll hava limanı sərnişindaşıma həcminə görə Avropada 3-cüdür
Orli hava limanı sərnişindaşıma həcminə görə Avropada 9-cudur, əsasən daxili reyslər həyata keçirilir.
Le Burje hava limanı bir qədər köhnədir, xüsusi uçaqlar və avio kompaniyalar üçün istifadə olunur.

Təhsil
Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.
Parisin digər məşhur təhsil müəssisələrinə Kollec de Frans, Politexnik məktəbi, Katolik institutu, Dağ-mədən və Milli idarəetmə institutları aiddirlər. Həmçinin 5 akademiyanı, xüsusilə 1803-cü ildən tərkib hissəsi sayılan Fransa Akademiyasını özündə birləşdirən Fransa İnstitutu (Institut de France) Parisdə yerləşir. Fransa Akabemiyası Paris ədəbiyyat dərnəyi əsasında 1629-cu ildə Valentin Kanrar tərəfindən təsis edilmişdir. Akademiya 1635-ci ildən dövlət elm müəssisəsi statusuna malikdir. Fransa Milli Kitabxanası 1368-ci ildə kral V Karl tərəfindən Luvrdakı şəxsi kitabxanası əsasında yaradılmışdır. Kral XI Lüdovikin vəfatından sonra monarxa məxsus bütün əlyazmaların ənənəyə əsasən məhv edilməsinə qarşı çıxaraq, əksinə onların toplanib kitabxana fonduna verilməsi qərarına gəlməsi onu daha da zənginləşdirmişdir.

Muzeylər
1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır.
Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.

Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656-1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.

Teatr
Parisdə iki opera teatrı, Opera Qarnye və Bastiliya operası fəaliyyət gostərir. 1875-ci ildə açılan və memarının adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 m² olub dünyanın ən böyük operası sayılır

Görməli yerləri
Parisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 7 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri