Kakao aslılıq yaradir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 978
Səs ver:
(səs: 1)
Dünyanın ən böyük şokolad markalarından birinin qurucusu belçikalı Dominique Persoone'in cəhdiylə kakao Avropada alternativ və "sağlam" bir narkotik olaraq görülür. Ancaq bu yeni cərəyanın populyarlaşması toksik reaksiyalar haqqında həyəcan da yaratmış oldu.

Dominique Personee 2007-ci ildə kakounun burundan çəkilməsini təmin edən bir cihaz istehsal edib. Personee the Chocolate Line şirkəti bu günə qədər 25 min cihaz satdığını deyir. Qiyməti 50 dollar olan cihaz Rusiya, Hindistan, Avstraliya və ABŞ kimi ölkələrə idxal edilir. Personee ilk vaxtarda düzgün qarışığı tapmaqda çətinlik çəkdiyini deyir. Buruna çəkilən yeni maddənin ixtiraçısının dediyinə görə, kakaonu acı bibərlə qarışdıranda buruna çəkməyin çətin olduğunu, burnu yandırdığını deyir. Daha sonra isə zəncəfil və nanəni yoxlayaraq ideal qarışığı tapıb.

Personee deyir ki, "nanə və zəncəfil burnumuzu açır və şokolad beynimizə çatmış olur."
Personee deyir ki, "nanə və zəncəfil burnumuzu açır və şokolad beynimizə çatmış olur."
Kakao sirkulasiya sisteminə endorfin inyeksiya edir və insanda xoşbəxtlik hissi yaradır. Bundan əlavə, kakaonun içindəki yüksək miqdarda maqnezium əzələlərin yumşalmasına səbəb olur. Amerika Klinik Qidalanma Tibb Jurnalında dərc olunan araşdırmaya görə kakaonun içindəki flavanoidlər də qan dövranını inkişaf etdirir.

Ancaq kakao çəkməyin aslılıq yaradıb-yaratmaması ilə bağlı elmi məlumat yoxdur.
King's College London universitetində depressiya və stress barədə araşdırma aparan Dr. Andres Herane, "Kakao çəkməyin təsirləri hələ araşdırılmayıb. Şokoladın aslılıq yaradan tərkibi var və beynə təsir etdiyi həqiqətdir," deyib.

Şokolad asılılıq yaradırsa, bəs kakao necə?
Şokolad asılılıq yaradırsa, bəs kakao necə?
Ancaq Harane də bəzi araşdırmacılar kimi şokoladın aslılıq yaratdığını düşünür. Harane " Aparılan araşdırmalara görə şokolad istehlak edən bir nəfərin eyni həzzi yaşaya bilməsi üçün şokoladın dozasını artırmalıdır," deyir. Şokoladı buruna çəkmək isə daha sürətli və güclü effekt yaradır.

Həkim və alimlər də fərqli fikirlər səsləndirir.
Kakao barədə həkim və alimlər fərqli fikirlər səsləndirir. New Yorkda yerləşən Lenox Hill Xəstəxanasında qulaq-burun-boğaz həkimi Jordan Josephson şokoladın "qəribə toksik maddələr"dən ibarət olduğunu və burundan çəkməyin təhlükəli ola biləcəyini deyir.

Bu cərəyan hələ ki, yeni olduğu üçün kakao narkotik hesab edilmir və insanların istifadəsi nəzarət altında saxlanılmır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri