Ana qayğısıyla yanaşır insanlara…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 676
Səs ver:
(səs: 2)
Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?

Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…

Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun görüşünə???
Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…

Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…

Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur danışa bilmir, ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…

Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…
Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə ana təbiət də deyirik bəzən… övladları- 4 fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir…
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri