Səbirli olaq...

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 744
Səs ver:
(səs: 0)
Bu hekayə məni çox düşündürdü..oxudum və paylaşmaq qərarına gəldim…
Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, üç yaşındakı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür.O dəqiqə uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır.Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır.Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür və məsum bir ifadəylə:
“Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur:
“Ata, bıs barmaqlarım nı vaxt yerinı gələcək?”
Atası evə qayıtdıqda həyatına son verir…
Birisi stola süd tökdüyündə, ya da bir uşagın agladıgını eşitdiyinizdə bu hekayəni xatırlayın.Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdıgını hiss etdiyiniz an əvvəlcə düşünün.Maşınlar düzələ bilir, amma qırılan sümüklər və inciyən duyğular heç bir zaman düzəlmir…
Adətən, insanla onun potensialı arasındakı fərqi görə bilmirik.İnsan səhv edər.Hamımız səhv edə bilərik.Ancaq hirslə və düşünmədən ədilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Nə isə etmək istədikdə dayanın və düşünün.Səbrli olun.Anlayış göstərin və sevin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri